Xalq Bank maliyyə nəticələrini açıqlayıb | Banco.az

Xalq Bank maliyyə nəticələrini açıqlayıb

Xalq Bank 2017-ci ilin ilk rübünü 598,23 min manatla xalis mənfəətlə başa vurub, bu haqda bankın maliyyə göstəriclərinə istinad edən Banco.az portalı məlumat verir.

Cari ili ilk rübünə olan məlumata əsasən, bankın xalis faiz gəlirləri 18 mln 719 min manat, qeyri faiz gəlirləri isə 4 mln 395 min təşkil etmişdir.  Bankın cəmi əməliyyat mənfəəti 15 mln 483 min manat olub. Bu vəsaitdən 14 mln 891,6 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə xüsusi ehtiyatlar şəklində ayrılmışdır. Beləliklə bankı ilin ilk rübünü 598,23 min min manat xalis mənfəətlə başa vura bilib.

Bankın balans göstəricilərində ötən ilin sonu (2016, dekabr) müqayisədə cüzi azalmalar qeydə alınıb. Balans hesabatlarına əsasən, cəmi aktivlərin həcmi 1 mlrd 660 mln 70 min manat təşkil edir. Müştərilərə verilən kreditlərin cəmi 1 mlrd 261 mln 913 min manat civarındadır ki, onlardan 40 mln 703 min manat vəsait kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatların payına düşür. Məqsədli ehtiyatların həcmi ilin əvvəlindən 14% yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ilk rübünə Xalq Bankın depozit portfeli 1 mlrd 89 mln 50,8 min manat civarında formalaşıb.

Xalq Bankın səhmdarları:  "EuroStandard" MMC - 33,85 %, "İdeal Business Ko"MMC – 50% və "Amal Invest Group" MMC (16,5%)

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et