Məlum olduğu kimi, 10 yanvar 2017-ci il tarixində Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə seçilib.
Bəs, Xalid Əhədov kimdir?
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olmuşdur.
Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır.
Xalid Əhədov uşaqlıqdan oxumağı sevərmiş. Verdiyi bir müsahibəsində qeyd etmişdir: "Uşaqlıqda riyaziyyatçı olmaq və Ferma teoremini sübut etmək istəyirdim.
Məktəbdə yaxşı oxuyurdum. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi oldum, bizim yığmamızın üzvü idim".
Bankir tələbəlik illərindən işləməyə başlamışdır.
Elə həmin dövrlərdə bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görmüşdür.
Professional fəaliyyəti:
- 1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri
- 2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini.
- 2012-ci il - Unibank- İcraedici komitənin üzvü.
- 2015 il - Unibank- İcraçı Direktor vəzifəsi.
- 12.07.2016 - “Bank Standard” - baş direktor
- 2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi
- 10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr
- 14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü
Qeyd olunan vəzifələrlə yanaşı, o Atəşgah sığortanın müşahidə şurasının üzvü, Millikart prosesinq mərkəzinin Direktorlar şurasının sədri vəzifələrinidə icra etmişdir.
Xalid Əhədov, CFA 3 səviyyəsinə namizəddir.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.