Worldcard artıq BRAVO-da! | Banco.az

Worldcard artıq BRAVO-da!

BRAVO-da məişət texnikası, geyim və qab-qacaq çeşidləri artıq daha da sərfəli fürsətlə təqdim ediləcək.

“Yapı Kredi Bank Azərbaycan” QSC-ə məxsus Worldcard kredit kartı sahibləri artıq BRAVO Hipermarket və Superstorlarda məişət texnikasını daha da sərfəli fürsətlə əldə edəcəkdir. Azərbaycanın Qazandıran Kredit Kartı olan Worldcard BRAVO-da da müxtəlif üstünlüklər təqdim etməyə başladı. Belə ki, karta sahib müştərilər Bravo-da kiçik və böyük məişət texnikasını öz qiymətinə 12 aya, geyim və qab-qacağı isə 6 aya öz qiymətinə hissə-hissə ödəməklə əldə edə biləcəklər.  Kampaniyada Yapı Kredi Bank Azərbaycana məxsus olan World Business və Virtual kart iştirak etmir. Pulkart məhsulu üzrə isə yalnız birdəfəlik alış-veriş etmək mümkündür. Kampaniya haqqında ətraflı məlumatı www.worldcard.com.az ünvanından və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Worldcard-ın keçərli olduğu BRAVO Hipermarket və Superstorlar aşağıdakılardır:

BRAVO Hipermarketlər:

Ən sərfəli kredit üçün müraciət et

  • Əhmədli Qəsəbəsi, Ramiz Quliyev küçəsi 4 (Köhnə radio zavod);
  • “20 yanvar” m/s yaxınlığı, Tbilisi prospekti, 3007-c məhəllə

 

BRAVO Superstorlar:

  • Xətai m/s yaxınlığı, N. Rəfiyev küçəsi 29;
  • F. Xoyski prospekti, Gənclik Mall -1-ci mərtəbə

"Yapı Kredi Bank Azərbaycan" QSC Worldcard, Internet və Mobil Bankçılıq, kredit, əmanət və digər məhsulları ilə dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı "UniCredit" (İtalya) və "Koç Holding" (Türkiyə) olan bank Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

Ən sərfəli krediti almaq üçün müraciət et