Whatsapp mesajlaşma tətbiqinin şəxsi sənədlərini “Google Drive” – da saxlayan Android istifadəçilərinə xoşagəlməz sürprizi var. Texnologiya nəhəngi 12 noyabr 2018 – ci il tarixindən etibarən bir başdan digərinə şifrələmə sistemini “Google Drive” sənədləri üçün tətbiq etməyəcəyini elan etdi. Bəs, bu nə deməkdir?
Bu o deməkdir ki, “Drive” – dakı sənədləriniz pis niyyətli insanların əlinə keçdiyi təqdirdə aşkara çıxa bilər.
Məlumatları “Google Drive” – a yerləşdirmək istəyə bağlı olduğu üçün seçim tamamilə istifadəçilərin ixtiyarına buraxılır. Bununla yanaşı qeyd edək ki, “Google” bir ildən uzun bir müddət ərzində yenilənmələyən Whatsapp nüsxələrini siləcək.
iPhone və iPad sahiblərinə isə bu dəyişiklik təsir göstərməyəcək. Çünki iOS cihazlarda WhatsApp verilənləri “iCloud” – a yedəkləndiyi üçün hər hansı bir problem yaranmayacaq.
Tamara Mustafayeva, Banco.az