WhatsApp–dan “yönləndirildi” işarəsi | Banco.az

WhatsApp–dan “yönləndirildi” işarəsi

Dünyada milyonlarla insan tərəfindən istifadə edilən “WhatsApp”, ötən aylar ərzində mavi cüt xətt, video zəng, qrup söhbətlərində görüntüsüz zəng, status (WhatsApp story) və mətnlə emoji axtarma xüsusiyyətlərini tətbiq etmişdi. “WhatsApp” dünyada ən çox müraciət edilən mesajlaşma tətbiqi olmaqla yanaşı, həm də qlobal olaraq bütün dünyanın aktiv şəkildə hər cür məlumatı paylaşdığı bir vasitədir.

Tətbiqdəki ən böyük problemlərdən biri isə, heç şübhəsiz virus kimi yayılan saxta məlumatlar olduğunu deyə bilərik. “WhatsApp” bu mövzuda yeni bir tədbir gördüyünü açıqladı.

“WhatsApp” istifadəçiləri artıq başqa bir şəxs tərəfindən yazılmış mesajı digər bir şəxsə göndərdikləri zaman mesajın üst hissəsində “forwarded”, yəni “yönləndirildi” məlumatı qeyd ediləcək. “WhatsApp” – ın bu yeni funksiyasında, əgər bir mesaj sizə başqa bir şəxsdən yönləndirilmişsə, həmin yazılar kursivlə yazılmış formada görünəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu yeni xüsusiyyət saxta məlumatlara məruz qalan istifadəçilər üçün böyük əhəmiyyət daşıyır. Yönləndirilən mesaj xüsusiyyəti ilk olaraq 200 milyondan çox “WhatsApp” istifadəçisinə sahib olan Hindistanda aktiv edilmişdir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et