Warren Buffettdən növbəti böyük xeyriyyə yardımı | Banco.az

Warren Buffettdən növbəti böyük xeyriyyə yardımı

Berkshire Hathaway şirkətinin CEO - su Warren Buffett sərvətinin böyük bir qismini xeyriyyə kampaniyalarına bağışlama vədinə sadiq qalaraq şirkətin 3.4 milyard dollar dəyərindəki səhmlərini beş xeyriyyə təşkilatına ianə olaraq verdi.

Bazar ertəsi şirkətdən edilən açıqlamaya görə, 87 yaşlı Cənab Buffet Berkshire Hathaway şirkətinin A Qrupu səhmlərinin 11 867 hissə payını təqribən 17.8 milyon dollar dəyərində B Qrupu səhmlərinə çevirdi. Daha sonra o, təqribən 17.7 milyon dəyərindəki B Qrupu səhmlərini “Bill & Melinda Gates Foundation”, “Susan Thompson Buffett Foundation”, “Sherwood Foundation”, “Howard G. Buffett Foundation” və “NoVo Foundation” təşkilatlarına ianə verdi. Bu xeyriyyə təşkilatları təhsil, sağlamlıq, texnologiya ilə bağlı fəaliyyətlər həyata keçirirlər.

Ən sərfəli kredit üçün müraciət et

2006 – cı ildə Cənab Buffet Berkshire Hathaway şirkətindəki hissə payının 85 % - ni təşkilatlara ianə verəcəyinə dair söz vermişdi (çox hissəsini “Bill & Melinda Gates Foundation” təşkilatına olmaqla). O, keçən il də 3.17 milyard dollar məbləğində belə bir töhfəyə imza atmışdı. Bu ən sonuncu töhfə ilə birlikdə 2006 – cı ildən bəri şirkətin 43% - i təşkilatlara ianə olaraq verildi ki, bu da 30 milyard dollardan çox vəsait deməkdir.

Cənab Baffet Berkshire Hathaway şirkətindəki A Sinfi səhmlərinin 37,8% -ə sahibdir.

Cənab Buffet  2006 – cı ildə etdiyi açıqlamada sahibi və CEO – su olduğu Berkshire Hathaway şirkətinin illik ianələrlə bütün səhmlərini bağışlayacağını bildirmişdi.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et