Wall Street maliyyəçilərinə şahmat öyrədən rusiyalı mühacir: Lev Alburt | Banco.az

Wall Street maliyyəçilərinə şahmat öyrədən rusiyalı mühacir: Lev Alburt

Şərqi, 83 nömrəli küçədə. Manhettende, şəhərin yuxarı East Side hissəsinin bəlkə də ən geridə qalmış binası adı uğrunda rəqabət aparacaq çoxmərtəbəli bir kərpic ev vardır. Amma 25  ildən çoxdur ki, Wall Streetli iş adamları bu evin üçüncü mərtəbəsinə gəlir, boz xalçaların tapdalayır və Lev Alburtdan hücum və müdafiə sirrlərini öyrənirlər. Söhbət ABŞ-ın üçqat şahmat çempionu və SSRİ-nin ötən əsrin 70-ci illərində ABŞ-a köç etmiş ən məşhur emiqrantlarından birindən gedir.

Alburtun nitqi jarqonlar ilə doludur. O, artıq uzun illərdir ki, müxtəlif təbəqədən olan Nyu York sakinlərinə fərdi dərslər verir, lazım gələndə onları ürəkləndirir, razı salır, tənqid edir, o vaxta qədər ki onlar “kralların oyunu” adlanan şahmatı mənimsəsinlər.

Wall Streetdə oyunlar kifayət qədər çoxdan maraq doğurur. Iş saatları arası fasilələrdə və həftə sonları bankirlər əylənmək üsulları axtarır və əsasən risklərin qiymətləndirilməsi  və şanslarla bağlı əyləncələrə üstünlük verilir: nərd və bridc böyük pul qoyuluşlar ilə oynamağa imkan verir. Oyun nəzəriyyəsi (game theory) ilə bir başa əlaqəsi olan şahmat isə Wall Streetdəki sevimli əyləncələr siyahısına başçılıq edir. 

Misal üçün, 2015-ci ildə Sohn konfransında, Bill Ackman kimi yüzlərlə peşəkar maliyyəçi hərəyə 5000 dollar ödəmişdir ki, məşhur norveçli şahmat ustası (grandmaster) Magnus Carlsenin gözübağlı şəkildə eyni zamanda üç opponentə qarşı oyununu izləsin.

Məlumdur ki, Corc Soros qatı şahmatçıdır, elə Saba Capitalın yaradıcısı Boaz Weinstein şahmat vunderkindidir, o Goldman Sachs & Co-dakı yerini öz icraçı direktoru ilə bərabər səviyyədə oynayaraq qazanıb, direktor onu ticarət üçün də yaxşı hazırlaşdırıb.

 «Mən Alburtun yanına gəlir və şahmat arxasında saatlar keçirirdim. Biz dostcasına söhbət edir, həyat haqqında danışırdıq – “corporate raider” təxəllüsü ilə tanınan Carl Icahn söyləyir, o oğlu Bretti şahmatda enmək üçün illərlə Alburt ilə məşq edib. – “Nə qədər çox oynasan səriştən bir o qədər artır. Amma əlbəttə ki, bizim partiyaları gənc tələbə tennisçinin Federer ilə oyunlarına bənzətmək olar. Onun müdafiəsini qırmaq mümkün deyil”

Daima oğluna məğlub olduqdan sonra, Icahn şahmat dərslərini dayandırdı “Belə bütün əyləncə itdi” – o izah edir.

«Mən təxminən hər iki həftədən bir Levin yanında gedirdim – Eliot Spitzer danışır, o Nyu-Yorkun keçmiş qubernatoru və “Spitzer Enterprises”in hazırkı direktorudur. – bu heyrətləndirici, qıcıqlandırıcı, ürküdücü və dağıdıcı fəaliyyətdir».

Alburtun dərsləri adətən yüngül fatalizm notları olan siyasi diskussiyalar ilə müşayiət olunur “ Rusiyadan olan bir qrosmesterdən bunu gözləmək olardı” – Spitzer deyir. Buna rəğmən o yenə də Alburtun yanına gedir: «Biz həmişə yaxşı ünsiyyət qururuq».

Spitzeri Alburt ilə digər bir şagirdi, Doug Hirsch tanış edib, o isə “Seneca Capital Investments” hedc fondunu idarə edir, fond artıq ailə biznesinə dönmək üzərə böyüyüb. Alburtun keçmiş və cari şagirdləri sırasında – milyarder, kino prodüser və “Marshall Field & Co”-nun varisi Ted Field də daxildir.

Həmçinin Stephen Friedman, Goldman Sachsın direktorlar şurasının sədri və Stone Point Capitalın idarə heyətinin sədri. Ondan Alburtun dərsləri haqqında soruşanda o belə cavab verir: Bircə şeyi deyim: Mən əvvəldə pis şahmatı oynayırdım, indi də yaxşı oynadığımı demək olmaz”.

“Bir axşam 72 yaşlı, əynində Havai köynəyi olan Alburt öz evinin qapısını mənə açdı. O, məni balaca bir otaqlı mənzilə daxil edib, şərab, vodka və ya su içəcəyimi soruşdu, məhz bu ardıcıllıqda”.

Lev Alburtun şahmat dərsləri verməsi, Con Le Karrenin casus romanını xatırladır: Axı Alburt Qərbi Almaniyaya gizlicə qaçıb. Amma eyni zamanda bu hekayə şahmat və maliyyə haqqındadır.

Hər şey necə başladı

Alburt beş yaşında şahmat oynamağa başlayıb. Daha sonra gənc ikən o, usta şahmatçı adını alıb və turnirlərdə qalib gəlməyə başlayıb. “ Sonra Universitetdə oxuyanda mən qəflətən daha yaxşı oynamağa başladım” – Hələ indiyə qədər güclü rus aksentindən qurtula bilməyən Alburt danışır. O söyləyir ki, bir il içində o SSRİ şahmatçıları içərisində 1800-cü pozisiyadan ilk 30-luğa yüksəlir.”

Soyuq müharibə illərində, ölkə bu tip nailiyyətlərə xüsusi önəm verirdi, idmançılar, atletlər, musiqiçilər, akademiklər, bir sözlə ölkənin prestijinə xidmət edən hər kəs yüksək qiymətləndirilirdi, onlar ölkənin milli sərvəti hesab olunurdu. Həm də yaxşı qazanırdılar. Alburtun əməkhaqqısı yüksək idi, o heç də pis yaşamırdı “Sovet standartları ilə mən lap əla yaşayırdım. Mən məşhur idim, küçədə gedəndə məni tanıyırdılar, mən ən yaxşı kurortlarda dincəlirdim. “ – xatırlayır.

Həmin dövrdə o  sovet cəmiyyətinin qaymaqları ilə tanış olmuşdu, o cümlədən general və siyasətçilər ilə. Amma o heç zaman komsomolun üzvü olmayıb, bundan da əlavə getdikcə rejimə daha çox nifrət bəsləyib. Onun sözlərinə əsasən, Stalinin ölümü onun həyatının ən yaxşı günüdür. Həmin vaxtı onun 7 yaşı var idi.

Şahmatçı tez-tez beynəlxalq turnirlərdə qərb mədəniyyətinin təmsilçiləri ilə üz-üzə gəlirdi, amma 1979-cu ildə o, ölkəni tərk edəndə niyyət heç də ABŞ-da daha gözəl həyat sürmək deyildi.

“Mən heç də daha yaxşı həyat axtarmaq üçün qaçmadım. İqtisadi nöqteyi nəzərdən Sovet ittifaqında qalmaq mənə daha əlverişli olardı”.

​Lev Alburt.

Getmək qərarı, onu əhatə edən yalana qarşı reaksiya idi. Kitablar senzuradan keçməli idi, müxalifət yox idi, insanların həyatı doğumdan öncə bəlli olunurdu. Alburt tez-tez necə qaçmaq qərarını verdiyini, sonra duruxub fikrini dəyişdiyi haqda danışır. Sonra isə təyyarədə onun gözə «Правдa» (Həqiqət) qəzetinin bir sayına sataşır. Və qəzeti oxuduqca o, sovet dövrünün ikiüzlülüyünə qarşı bir daha necə güclü nifrət hiss etdiyini anlayır və qətiyyəti ona geri qayıdır. Köln (Qərbi Almaniya) şəhərinə, şahmat turnirinə gəldikdən sonra o taksiyə əyləşir və polis şöbəsinə gedir və orada sığınacaq istəyir.

Ən sərfəli kredit üçün müraciət et

Digər görkəmli emiqrantlar kimi, Qərbə gəldikdən sonra, Alburt yaşamaq istədiyi ölkəni seçə bilərdi və o, ABŞ-a getmək qərarı verir

“Mən siyasi səbəblərdən ora getmək istədim. Mən sovet rejiminə qarşı döyüşmək istəyirdim” – o bildirir.

Tezliklə o Nyu-Yorka köçür və məşhur siyasi tənqidçi olur, əksər hallarda, konservativ, anti-sovet mövqeyi sərgiləyir. Alburt respublikaçı konqresmen Jack Kemp, həmçinin sağçı kommentator Charles Krauthammer ilə dostlaşır, universitetlərdə anti-SSRİ mühazirələr oxuyur, hətta ara-sıra Christian TV kanalında yayımlanan  Pat Robertsonun The 700 Club adlı konservativ şousunda belə görünür.

Bu müddətdə isə onun karyerası yüksələn xətt üzrə inkişaf edir və pul gətirməyə başlayır: “Əslində mənim şahmat oynamağımın əsas səbəbi yeməyimi qazanmaq idi”. 1980-cı ildə o, Olimpiadada amerikan şahmat komandası adından çıxış edir, həmçinin 1984, 1985 və 1990-cı illərdə olduqdca prestijli ABŞ şahmat çempionatının qalibi olur. 1987 və 1989-cu illərdə o, həmçinin U.S. Open Chess Championship turnirinin qalibi olur, bu yarışda iştirak üçün  yüzlərlə oyunçu ödəniş edir.

Paralel olaraq, Alburt leksiyalarla çıxış edirdi, bu leksiyalara görə o, 1000 dollar ödəniş tələb edirdi. Berlin divarları söküləndən və Sovet İttifaqı dağılandan sonra. Alburtun siyasi xadim kimi rolu böyüyür və o, şahmat oynamağı azaldır, 1992-ci ildə isə şahmatçı kimi çıxışlarını tamamı ilə dayandırır.

Turnirlərin mükafat ödənişlərinin yoxluğunu kompensasiya etmək üçün zaman keçdikcə o şahmat dərsləri verməyə başlayır və bir saatlıq dərslərə görə 100 dollar alır – həmin dövr üçün bu kifayət qədər bahalı idi. O deyir ki, şagirdlərinin sayının həddindən artıq olmasını istəmirmiş.

Dərs üçün o, harasa getməli olanda ödənişin miqdarı yüksəlirdi – bir nəfər ona bir dəfə Kaliforniyaya evə gəlmək üçün günə 3000 dollar haqq ödəmişdi. Əgər Alburt özü şagirdin evinə getməli olurdursa, bu zaman bir saatlıq ödəniş $200 dollara qədər artırdı. Əgər o Bruklinə getməli olurdusa, müştəri ona bir saata görə 300 dollar ödəməli olurdu.

Hazırda bir saat şahmat dərsinə görə ödəniş haqqı 150 dollar təşkil edir. Dərslər adətənn iki saat davam edir.

Alburtun ilk tələblərini turnir vaxtı ona yaxınlaşıb, tanış olurdu: doktorlar, hüquqşünaslar, biznesmenlər və bir balıqçı – digər şahmatçılar onu balıq taciri adlandırır (“Onunla bizim dərslərimiz hamıdan daha çox olub”). Tezliklə onun müştərilərinin arasında çox ciddi adamlar peyda olur.

1989-cu ildə o, kinoprodüser və hazırda məşhur medai maqnat olan Ted Field ilə tanış olur.  Alburtun otağında divarda onun Field ilə şahmat oynadığı rəsm var – Fieldin Beverly Hillsdə yerləşən 44 otaqlı imarətində. Bir il sonra, Field şahmata o qədər bağlanır ki, Kasparov və Anatoli Karpov arasındakı şahmat turnirinin sponsoru olur.

1990-cı ildə Alburt  həmin vaxt hələ Goldman Sachs-da direktorlar şurasının sədr müavini olan Friedmanı öyrətməyə başlayır. O xatırlayır ki, Friedman bəzən öz firmasının kiçik əməkdaşları şahmat oynayırdı, amma ksər hallarda rəqib olaraq kompüteri üstün tuturdu. 

 «O dedi: “Lev, ümumiyyətlə götürdükdə mən rəqabət ruhunu sevirəm. Amma sənin rəqibin kompüter olanda heç bir gərginlik hiss etmirsən” » - Alburt yada salır. Icahn da kompüter ilə oynayırdı: “Demək istəmirəm ki, belə daha asandır, amma maşınla oynayanda sən öz gedişlərini yarım saat düşünə bilərsən və nədə səhv etdiyini götür-qoy edə bilərsən”.

Şahmat opponentlərin hər bir gediş üzərində uzun-uzadı düşündüyü bir oyun kimi məşhurdur. Lakin, Alburtun sözlərinə əsasən, şahmat, əksinə olaraq, treyderlərə daha sürətli düşünməyə kömək edir.

“Güclü şahmatçılar daha sürətli qərar verməyə nail olur və əksər hallarda bu düzgün qərarlar olur. Treyderlər praktiki olaraq, elə şahmat ustadlarının gördüyü işlər ilə məşğuldur: mahiyyət etibari ilə istənilən qeyri stabil situasiyada onlar çevik düşünməlidirlər.”

​Lev Alburt

Şahmat oyununda məntiqə və öz əməllərinə görə məsuliyyət daşımağa böyük önəm verilir. Burada Icahnın bir fikrini qeyd etmək olar: “Əgər insan yaxşı şahmat oynaya bilirsə, deməli onda riyazi ağıl formalaşıb. Yəni yaxşı şahmatçı təbiətən axmaq insan ola bilməz”.

“Seneca Capital”dan Doug Hirsch onunla razıdır: “Hadisələrin necə dönəcəyini öncədən planlaşdırmaq və sonra haqlı çıxdığına əmin olmaq çox gözəl hissdir”. O, əlavə edir ki, bütün yaxşı gedişlərinə görə Alburta borcludur. Pis gedişlərə görə isə təkcə o, özü günahkardır.

 «Tələbələrimdən bəziləri sadəcə şahmatı daha yaxşı anlamaq istəyirlər. Onlar partiyanı yaxşı başlamaq və ya bitirmək üçün gedişləri öyrənmək deyil, sadəcə gözəl kombinasiyaları görmək istəyirlər.  Digərlərinə isə daha yaxşı reytinq və ya turnirlərdə qələbə lazımdır. Mənim bir çox maliyyəçi müştərim isə sadəcə işdən fikirlərini yayındırmaq istəyirlər», Alburt danışır..

Spitzer isə anlamır ki, niyə qrosmester maliyyə çevrəsində belə məşhurdur.

Mən çox təəccüblənirəm ki, Wall-Streetdə bir çoxları şahmatı sevir. Axı orada qaydalar var.

​Lev Alburt

Ən sərfəli krediti almaq üçün müraciət et