"Victoria's Secret"in yaradıcısı və milyarder Leslie Wexner | Banco.az

"Victoria's Secret"in yaradıcısı və milyarder Leslie Wexner

Victoria's Secret brendinin yaradıcısı,  Limited Brands Сorporation kompaniyasının sahibi, milyarder Leslie H. Wexnerdən uğur haqqında tövsiyə

Uzaq keçmişdə, cəmi bir neçə dükanım olan vaxtlarda, bir dəfə heç bir xəbərdarlıq etmədən Jon Halbertdə zəng etdim. O vaxt Jon yəqin ki, Ohayonun ən uğurlu iş adamı idi. Onun böyük tikinti şirkəti var idi, bundan əlavə Pittsburgh Pirates beysbol komandasının sahibi idi və Kolumbus yaxınlığında hava limanı var idi. Bir dəfə kraliça İkinci Elizabet özü onun yanına minik atlarının yetişdirilməsi ilə bağlı söhbət etmək üçün gəlmişdi.

O, telefonu götürdü və məni söhbət üçün ofisə dəvət etdi. Biz bir saata yaxın söhbət etdik. Mən çox istəyirdim öyrənim ki, fermadan olan adi bir oğlan uşağı necə olub ki, Britaniya kraliçasının dostu olub.

O cavab verdi ki, bunun üçün sadəcə ətrafda baş verən hər şeylə maraqlanmaq və hər şeyə maraq göstərən insan olmaq lazımdır. Xatırlayıram ki, liftlə aşağı enəndə nə qədər hiddətlənmişdim. Axı mən müdrik məsləhət üçün gəlmişdi, o isə mənə sadəcə “maraq göstər” deyir.

Картинки по запросу lasly veksner

Ən sərfəli kredit üçün müraciət et

Buna rəğmən onun dedikləri haqqında düşündüm, təkcə o zaman deyil, 40 il boyunca. Məhz maraq məni itələdi ki, bir brendin yaradılmasından əldə etdiyim təcrübəni başqa brendləri yaratmaq üçün istifadə edim.

Beləliklə mən Victoria's Secret, Express, Abercrombie & Fitch moda brendlərinin və Bath & Body Works qismində kosmetik vasitələr xəttinin əsasını qoydum.

Həmçinin mənə maraqlı idi, dükanlarda satış üçün düzgün geyimi seçə biləcəyəmmi? Dükanın tərtibatı düz olacaqmı? Nəticədə mən Pablo Pikassonun yaradıcılığından ilhamlanaraq yaradılmış kolleksiyanı seçdim.

Daha bir maraqlı sual: Əgər mən öz biznesimdə lider olmuşamsa, öz şəhərimin lideri ola bilərəmmi? İndi mən günümün 10-20%-ni Kolumbus şəhərində xeyriyyə işlərinə sərf edirəm. Bu, mənim yaşadığım şəhərdir.

Maraq sayəsində mən böyüsəm də, gənc qaldım. İndi, Jon Halbertin ofisinə ziyarətdən demək olar ki yarım əsr sonra, məni hələ də qabaqda nə gözləyəcəyi maraqlandırır. 

Ən sərfəli krediti almaq üçün müraciət et