Vətəndaşlarımız yararsız pulları neyləyəcəklərini bilmirlər | Banco.az

Vətəndaşlarımız yararsız pulları neyləyəcəklərini bilmirlər

     Vətəndaşlar zədələnmiş pulların istifadəsində problem yaşayır. Belə pul sahibləri əllərində olan pullardan yaxa qurtarmaq üçün müxtəlif vasitələrə əl atırlar. Kimisi həmin nimdaş və cırılmış pulu müxtəlif vasitələrlə "bərpa" edərək ödəmə zamanı başqasına ötürür, kimisi isə istifadəsiz pullar kimi ondan yaxa qurtarmağa çalışırlar. Çünki vətəndaşlar bu pulları nəinki dükanlara, hətta banklara belə verə bilmirlər. Amma qanunvericilik vətəndaşların tərəfindədir. 

     Qanunvericiliyə görə, vətəndaşlar əllərində olan cırılmış pullarını istənilən banka təhvil verib onu bütöv pulla əvəz edə bilərlər. Banklar isə heç bir zərərə düşmədən yararsız pulları Mərkəzi Banka təhvil verməlidirlər. 

     Təcrübədə isə bunu etmək əhali üçün problemə çevrilir. Əlində olan cırılmış pulunu banka təhvil verə bilmədikdə insanlar dəyən zərərlə barışmalı olur. Nəticədə dövriyyədə böyük həcmdə korlanmış pullar qalır. 

Ən sərfəli kredit üçün müraciət et

     Bank rəsmilərinin sözlərinə görə isə qanunvericiliyin banklara qarşı qoyduğu korlanmış pulların dəyişdirilməsi tələbi o demək deyil ki, onlar bütün yararsız pulları götürmələdirlər. Bunun üçün gərək cırılmış pul müəyyən göstəricilərə uyğun olsun. Amma bəzi banklar, hətta cuzi zədələnmiş pulu belə götürməkdən imtina edirlər. 

     Mərkəzi bankdan isə bildirirlər ki, vətəndaş cırılmış pulu yenisi ilə dəyişdirmək üçün iş günləri saat 11:00-dan 12:00-dək bu quruma müraciət edə bilərlər. 

     Lakin korlanmış pulu dəyişməkdən imtina edən banklara qarşı hər hansı bir cəza tətbiq edilmir. Görünür bu cəzanın olmaması bəzi bankları vətəndaşların hüquqlarını pozmağa həvəsləndirir.

 

     ANS

Ən sərfəli krediti almaq üçün müraciət et