“Vergi qanunvericiliyi” təliminə start verildi! | Banco.az

“Vergi qanunvericiliyi” təliminə start verildi!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) Peşəkar Mühasib Sertifikatı”na hazırlıq təlimlərinin II mərhələsi (vergi qanunvericiliyi üzrə) üzrə təlimlərə start verdi.

Təlim Dövlət Vergi Xidməti Tədris Mərkəzinin baş müəllimi – təlimçi Tural Abbasov tərəfindən Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi Peşəkar Mühasib Sertifikatının imtahan proqramına əsasən keçirilir.

Qeyd edək ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et