Vaksinlərin qiyməti artır | Banco.az

Vaksinlərin qiyməti artır

Avropa Komissiyası COVID-19 əleyhinə vaksinin qiymətinin ehtimal olunan artımı barədə rəsmi şəkildə elan edib.

Bu, ilk növbədə, “Biontech/Pfizer” və “Moderna” şirkətlərinin preparatına aiddir. Brüsseldə təsdiqləyiblər ki, tədarük üçün yeni sazişlər barədə Avropa Komissiyası ilə istehsalçılar arasında aparılan danışıqlarda qiymət artımı açıqlanıb. Bu tələb onunla bağlıdır ki, vaksinlərin koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik “delta” variantına uyğunlaşdırılmasına ehtiyac var. Virusların yeni mutasiyasına qarşı vaksinlərin adaptasiyası onların dəyərini təkcə Avropa İttifaqı üçün deyil, həm də bütün istehlakçılar üçün bahalaşdırır.

Xəbər verilir ki, “Biontech/Pfizer” dozasının qiyməti 15,5 avrodan 19,5 avroya, “Moderna” vaksininin isə 19 avrodan 21,5 avroya qalxacaq.

Azərtac

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et