Uzun müddət davam edən seriallar - SİYAHI | Banco.az

Uzun müddət davam edən seriallar - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Zamanın necə keçdiyini unudaraq xoş anlar yaşamaq üçün seçə biləcəyimiz ən maraqlı fəaliyyətlərdən biri də şübhəsiz ki, serial izləməkdir. Bir çox rəqəmsal yayım platformasında yüzlərlə serial var.

Bu məqaləmizdə fərqli bir dünyaya açılan qapının qısa olmasını istəməyənlər üçün uzun müddət - illərlə davam edən seriyal tövsiyələrini təqdim edəcəyik.

"The Walking Dead" - tamaşaçıların heyranlıqla izlədikləri bu serialda dünyanı alt-üst edən zombi epidemiyasından sonra sağ qalan bir qrup insanın yaşam mübarizəsindən bəhs edilir. 

  • Mövsüm: 11
  • Seriya sayı: 177
  • IMDb: 8.1/10

Gənclər arasında çox populyar olan "Friends" serialı 20 yaşlarında olan, hər biri fərqli həyat tərzinə malik 6 dostun gülməli və əyləncəli həyatından bəhs edir. Ən yaxşı komediya serialları arasında da yer alan "Friends" mütləq izlənilməli istehsallardandır.

  • Mövsüm: 10
  • Seriya sayı: 236
  • IMDb: 8.9/10

Corc R.R. Martinin "Buz və Alovun nəğməsi" romanı əsasında çəkilən "Game of Thrones" serialında müxtəlif ailələr arasında hakimiyyət mübarizəsindən bəhs edilir.

  • Mövsüm sayı: 8
  • Seriya sayı: 73
  • IMDb: 9.2/10

Kristofer Lloyd və Steven Levitan tərəfindən ərsəyə gətirilən "Modern Family" komediya elementləri ilə iç-içə olan üç fərqli ailənin həyatını bir araya gətirən serialdır. Bu məşhur istehsal tamaşaçılara ailə bağlarını tanıtmaqla yanaşı, həyatın çətinliklərinin öhdəsindən gəlməyin yaradıcı yollarını da nümayiş etdirir.

  • Mövsüm: 11
  • Seriya sayı: 250
  • IMDb: 8.5/10

Ən sərfəli kredit üçün müraciət et

Xüsusilə texnologiya ilə maraqlanan insanlar üçün tövsiyə olunan "Silicon Valley" Silikon Vadisində çalışan introvert və asosial kompüter proqramçısı Riçard və onun dostlarından bəhs edilir.

  • Mövsüm: 6
  • Seriya: 53
  • IMDb: 8.5/10

"The Office" - Serialda "Dunder Mifflin Paper Company" şirkətinin Pensilvaniya ştatının Skranton şəhərindəki ofisinin işçilərinin günlük həyatından bəhs edilir.

  • Mövsüm: 9 
  • Seriya sayı: 201
  • IMDb: 9.0/10

"The 100" - 2014-cü ildə premyerası baş tutmuş Amerikan apokaliptik elmi fantastika teleserialıdır. Serialın Kass Morqanın eyni adlı romanlar seriası əsasındadır.

  • Mövsüm: 7
  • Seriya sayı: 100
  • IMDb: 7.6/10

Mütləq izləməli olduğunuz uzunömürlü seriallar siyahımızda sonuncusu "How I Met Your Mother"dır. Xüsusilə gənclər arasında çox məşhur olan "How I Met Your Mother" filmi baş qəhrəman Ted Mosbinin uşaqlarına anaları ilə tanış olduğunu danışması əsasında çəkilir. Serial "flashback" və "flashforward" üsullarından istifadə edilməklə nəql edilir.

  • Mövsüm: 9
  • Seriya sayı: 205
  • IMDb: 8.3/10

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et