Uzun fasilədən sonra Mərkəzi Bankın hərracında bir ilk | Banco.az

Uzun fasilədən sonra Mərkəzi Bankın hərracında bir ilk

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında uzun fasilədən sonra bir ilk baş verib. Hərracda, tələb təklifdən aşağı olub. İndiyədək keçirilən hərraclarda tələb təklifi üstələyirdi. 

15.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,70% təşkil etmişdir. 

Mərkəzi Bank depozit hərracı ilə 350 milyon manat cəlb edəcəyini açıqlamışdı. Faiz aralığı 7,01% - 8,99% müəyyən edilmişdi. Beləliklə, sonuncu hərracda tələb təklifdən aşağı olub və faiz dərəcəsi 7,01%-dən 7,70%-ə yüksəlib. Əvvəlki hərraclarda tələb təklifi üstələdiyindən orta ölçülmüş faiz dərəcəsi faiz aralığının aşağı həddi (7,01%) səviyyəsində baş tuturdu. 

 

SON 3 HƏRRACDA TƏLƏB AZALIRDI

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verdiyimiz kimi, 08.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 547,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

01.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 659,6 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

27.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

Mərkəzi Bankın uçot dərəcəsini, faiz dəhlizinin aşağı və yuxarı hədlərini aşağı salması depozit hərraclarını sərfəsiz edib. Eyni zamanda, banklarda izafi likvidlik azala bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç