ÜTT qlobal ticarətdə hələ də risklərin olduğunu bəyan edib | Banco.az

ÜTT qlobal ticarətdə hələ də risklərin olduğunu bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ÜTT: "Qlobal ticarət bərpa olunur, lakin risklər qalmaqdadır."

Banco.az xəbər verir ki, ÜTT iqtisadçıları tərəfindən hazırlanan “Qlobal Ticarət Perspektivləri və Statistikası” hesabatı dərc olunub.

Hesabatda qeyd olunur ki, dünya ticarəti ötən il yüksək enerji qiymətləri və inflyasiyanın təsiri ilə 1,2 faiz azalıb.

Bu dövrdə qlobal mal ticarətinin iqtisadi dəyəri 5 faiz azalaraq 24,01 trilyon dollar olduğu halda, kommersiya xidmətləri ixracı 9 faiz artaraq 7,54 trilyon dollara çatıb və bu da mal ticarətindəki azalmanı qismən kompensasiya edib.

Kommersiya xidmətləri ticarətindəki artım beynəlxalq səyahətlərin bərpası və rəqəmsal xidmətlərin intensivləşməsi ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin qeyd edilib ki, 2023-cü ildəki azalmadan sonra qlobal ticarətin bu il yavaş bir bərpa ilə 2,6 faiz, 2025-ci ildə isə 3,3 faiz artacağı gözlənilir. Bu il inflyasiya təzyiqlərinin azalması və xüsusilə də inkişaf etmiş iqtisadiyyatlarda real gəlirin yenidən artması ilə istehlakın artması proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et