Uşaqlar üçün Youtube–un yeni versiyası yaradılır | Banco.az

Uşaqlar üçün Youtube–un yeni versiyası yaradılır

Youtube azyaşlı istifadəçilərə uyğun olmayan videolar göstərdiyinə dair tənqidlərdən sonra uşaqlar üçün xüsusi yeni versiyasının yaradılacağını elan edib.

Google-a aid video paylaşma platforması olan Youtube 2015 – ci ildə buraxdığı uşaqlar üçün mobil tətbiq olan Kids App – in onlayn versiyasını da açacaq.

Edilən açıqlamada bildirilir ki, şirkət Kids App tətbiqini və yaradılacaq veb saytı fərqli yaşlara görə yeni kateqoriyalara ayrılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada belə deyilir:

“Dörd yaşındakı bir uşaq üçün möhtəşəm hesab edilən bir videonun 10 yaşındakı uşağın marağına səbəb olmayacağını bilirik. Buna görə də, valideynlərin Youtube Kids veb saytnıda uşaqları üçün lazımi məzmunu seçmələrini asanlaşdırmaq istəyirik.”

Yeni yaradılacaq veb saytdakı kontentlər dörd yaşdan aşağı uşaqlar üçün məktəbəqədər, beş-yeddi yaş aralığında olanlar üçün böyüklər və səkkiz-on iki yaş aralığı üçün isə daha böyüklər başlığı ilə tərtib ediləcək.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et