Uorren Baffet haqqında inanılmaz faktlar | Banco.az

Uorren Baffet haqqında inanılmaz faktlar

Uorren Baffet son (Warren Buffett) 10 ilin ən uğurlu investorlarından biridir. Onun tərəfindən yaradılmış sxem və qaydalar, qiymətli kağızlar bazarında əməliyyat aparan ticarətçilər üçün əsl dərsliyə çevrilib. Nyu-York maklerləri hətta deyirlər ki, birjada əməliyyat açarkən, özlüyündə sakitcə onun kitablarından sitatlar pıçıldasan, mütləq bəxtin gətirməlidir. Amma çoxları, onun bu sərvəti necə və hansı yolla qazandığını bilmir. Banco.az milyarderin həyatından ən gözlənilməz məqamları sizinlə paylaşır.

Həyata münasibət

Baffet öz dövründə, ölkənin ən güclü iqtisadiyyat universitetinə, Vaşinqtonda Kolumbiya Universitetinə daxil olmağa müvəffəq olub. O bacarıqlı tələbə idi, onun müəllimi isə amerikan iqtisadiyyat nəzəriyyəçisi və investor Benjamin Qrem idi. Çoxları Baffetin məşhur iqtisadçı və ya siyasətçi olacağını proqnoz etsə də, gənc Baffeti daha çox pul və onu qazanmaq yolları maraqlandırırdı.

Beffet ilk tələbə idi ki, professor Qremdən, qiymətli kağzların analizi seminarından A+ qiyməti ala bilmişdi.

Hətta varlanandan sonra belə, Uorren Baffet, kölgədə qalmağı sevir. O, sadə bir rayonda, Farinhem küçəsində, Omahada yaşayır, həmin mənzili o, hələ 1957-ci ildə alıb. Onun kompaniyası da gözəçarpmayan, boz binada yerləşir, elə ilk açıldığı gündən bəri şirkət yerini dəyişməyib. Milyarder yalnız işlənmiş maşınlarda gəzir. Sonuncu dəfə avtomobilini qızının təkidi ilə dəyişib, lakin israr edib ki, maşın endirimlə satılsın və qızı onun üçün ildırım zərbəsi nəticəsində xarab olmuş və təmir edilmiş maşın alıb.

Baffet əsasən fast-food ilə qıdalanır,  bu onun o qədər xoşuna gəlir ki, o hətta bir neçə bu tipli kampaniyanı da alıb: Burger King’s, Triple Whopper burgers, Coca-Cola, Tim Horton donuts, See’s Candies, Dairy Queen icecream Blizzards, Heinz, Ore-Ida fries və s.

Investor üçün ikinci həyat yoldaşını da birincisi seçib, daha doğrusu onları bir-biri ilə tanış edib, o başa düşüb ki, daha Baffetlə birlikdə yaşamaq istəmir, amma yenə də özünü ona görə məsuliyyətli hiss edib. Uzun illər birlikdə  yaşamalarına baxmayaraq, Baffet və Astrid, yalnız Susanın vəfatından sonra evləniblər.  Dünyanın 10 ən zəngin cütlüyü

Ən sərfəli kredit üçün müraciət et

Baffetin Bill Qeytslə çox yaxşı əlaqələri var, baxmayaraq ki, onlar Forbesin milyarderlər reytinqində bir-birinin əsas rəqibləridir. Onlar mütəmadi görüşür və bridc oyunu seansları təşkil edirlər. Bu oyun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən idman növü kimi tanınan yeganə kart oyunudur və çətinliyinə görə şahmatla müqayisə edilir. Bridcdən əlavə Baffet onlayn poker oynamağı və Havai gitarasında ifa etməyi sevir.

İldə bir dəfə Baffet,  onunla nahar etmək şansı qazandıran hərrac (auksion) keçirir. Toplanmış vəsait xeyriyyə məqsədlərinə sərf olunur. Qeyd etmək lazımdır ki, o nəinki olduqca maraqlı həmsöhbətdir, həm də özünəməxsus yumor hissi var. Onun ən çox tanınan zarafatı: “Əslində mən bahalı kostyumlar geyinirəm, sadəcə onlar mənim əynimdə çox ucuz görünür". 2014-cü ildə dahi investorla söhbət etmək istəyən sinqapurlu biznesmen 2,2 milyon dollarından keçməli olmuşdu.

Pula və işə münasibət

Baffetin iş otağında hələ kompüter yoxdur: o bütün qərarları, köməkçinin onun üçün çap etdiyi, müasissələrin maliyyə hesabatlarına, öz intuisiyasına və müəssisə sahibləri ilə söhbətlərə əsaslanaraq qəbul edir, birja icmallarına isə arxayın olmur. Bəlkə də ona görə, o sərvətinin 99%-ni 50 yaşından sonra qazanıb. 63,3 milyard dolların, 60 milyardını isə Baffet 60 yaşı tamam olandan sonra qazanıb.

2013-cü ildə Baffet gün ərzində 37 milyon dollar qazanırdı. Həmin dövrdə Baffetin 1 saatlıq gəliri ilə, ABŞ-da  6 kollec tələbəsinin təhsil haqqını ödəmək olardı. ABŞ-da ən bahalı kolleclərdə təhsil haqqı $247,9 min dollardır. Beffet isə bir saata 1,5 milyon qazanırdı.

Baffetinin əsas iş istiqamətlərindən biri də bərpa olunan enerji mənbələrinə investisya etməkdir. O, bu layihələrə artıq 15 milyard vəsait sərf edib və daha 15 milyard həcmində də yatırım etmək istəyir. Bu pullara, məşhur Dubay otelindəki Burc Əl Ərəb qülləsindən 46-nı tikmək olardı

Uorren Baffetin Berkshire Hathaway kompaniyasının səhmlərinin dəyəri 1970-ci ildə birjada 41 dollara idi. 2014-cü il 26 avqusta olan məlumatlara əsasən, səhmlərin dəyəri $199,562 min həddindədir. Yəni 1970-ci ildə şirkətə min dollar investisiya edən şəxs indi, $4,86  milyon dollar qazanmışdı. Kompaniyaya, 1964-cü ildə, Baffetin majoritar səhmdar olduğu vaxtlarda investisya edənlər isə indi 10,5 milyon dollar qazanmış olardı.

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et