Unicapital həftəlik analitika | Banco.az

Unicapital həftəlik analitika

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 60 milyon AZN olmuşdur. Hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.37% və 8.75% olmuşdur. Bundan öncə baş tutan 3 illik istiqrazların hərracı 9.11% orta ölçülmüş və 9.34% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan öncə 2 illik istiqrazların hərracı fevral ayında keçirilmiş və 9.04% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
  • Bundan əlavə aprel ayının son həftəsində də AR Maliyyə Nazirliyi 50 milyon AZN həcmində 3 illik istiqraz hərracının keçirilməsini planlaşdırıb. Nazirlik həmçinin, may və iyun aylarında hər birində 90 milyon AZN-i 3 illik istiqrazlar olmaqla hər bir ayda 180 milyon AZN (may-180 mln AZN, iyun-180 mln AZN) həcmində istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur.
  • Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya qismən azalaraq 13.9%-dən 13.8%-ə düşüb. 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1%, qeyri-ərzaq məhsulları üzrə 12% artıb.

Qlobal bazar

  • ABŞ-da inflyasiya azalmağa davam edir. Belə ki, ötən həftə ABŞ-da açıqlanan İstehlak Qiymətləri İndeksi məlumatına əsasən inflyasiya 6.0%-dən 5.0%-ə düşmüşdür. Analitiklər inflyasiyanın 5.1%-ə düşəcəyini proqnoz etmişdilər.
  • ABŞ-da ilkin işsizlik müraciətləri artaraq 228k-dan 239k-a yüksəlmişdir. Xatırladaq ki, ABŞ-da işsizlik dərəcəsi mart ayında 3.6%-dən 3.5%-ə düşmüşdür.
  • 19 aprel tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. Analitiklər inflyasiyanın dəyişməyərək 6.9% qalacağını proqnozlaşdırırlar.
  • Türkiyədə işsizlik artaraq 9.7%-dən 10%-ə qalxmışdır.
  • Rusiyada inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 10.99%-dən 3.51%-ə düşmüşdür. Bloomberg-ə əsasən analitiklər bu göstəricinin 3.4%-ə düşəcəyini gözləyirdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et