Unibank haqqında bilməli olduğunuz 10 fakt | Banco.az

Unibank haqqında bilməli olduğunuz 10 fakt

Banco.az komandası bu il 25 yaşını qeyd edəcək Unibank haqqında bilməli olduğunuz faktları bir araya toplayıb.

Beləliklə Unibank haqqında nələri bilirik:

  • Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır. 27 dekabr 2002-ci il tarixində Bank adını "UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti adı ilə əvəz etmişdir.
  • Buna rəğmən bank öz yaranma tarixini 1992-ci ildə, 1992-ci ildən - 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərinin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildiyi gündən hesablayır. Həmin gün Azərbaycan Respublikası Milli Bankı bank əməliyyatlarının aparılması üçün Banka lisenziya verib.
  • İndiyə qədər Unibankın ən böyük maddi mənfəəti (vergilər çıxılmaqla) 2014-cü il 31 dekabr tarixinə qeydə alınıb. 35 mln 885 min. Vergidən öncəki mənfəət 45 mln 328 min manat təşkil edib.
  • Bankın ən böyük maddi zərəri isə elə ötən il (2016, 31 dekabr) qeydə alınıb. Bank ili 31 mln 301 min zərərlə başa vurub.
  • Unibank həm də Azərbaycan bank sistemi tarixində ilk dəfə subordinasiya olunmuş kreditin alıcısıdır. 2006-cı il dekabr ayının 13-də ümumi həcmi 5 mln. ABŞ dolları olan subordinasiya olunmuş maliyyələşdirilmənin alınması haqqında Unibank-la FMO (the Netherlands Development Finance Company) arasında saziş 7 il müddətinə imzalanmışdır
  • 2007-ci ildə isə Bank Azərbaycanda ilk dəfə fərdi dizayna malik kartlar təqdim etmişdir
  • 2003-cü ildən bəri Unibankın səhmdarlarından biri AYİB-dir.

Bankın cari səmdarları

Rezidentlər:  

  • Qəribov Eldar Mahmud oğlu - 68,3384% (nizamnamə kapitalında payı - 56,91%)
  • Cəfərova Zemfira Mirzə qızı - 5,5000% (nizamnamə kapitalında payı - 4,41%)
  • Minoritar səhmdarlar - 2,6768 %  (nizamnamə kapitalında payı - 2,42%)

Qeyri-rezidentlər:

Ən sərfəli kredit üçün müraciət et

  • Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 15,1515 % (nizamnamə kapitalında payı -12,15 %)
  • Almaniya İnvestisiya Şirkəti (DEG)  - 8,3333 %   (nizamnamə kapitalında payı -6,68 %)

 

  • 2009–2012 ci illərdə Futbol üzrə Azərbaycan Premyer Liqası  “Unibank Premyer Liqası” adlanıb. Unibank premyer liqaya sponsorluq etmiş tək bankdır.

Taksit kart

  • 2012-ci ilin iyulunda Unibank “Albalı” kartı ilə taksit kart bazarına daxil olub və iki il sonra 2014-cü ildə “Albalı”            təkmilləşdirilərək, “Albalı+” kartına çevrilir.

Cari vəziyyət

Bankın 2017-ci ilin ilk rübünə olan aktivlərinin həcmi 702 mln 405 min manat təşkil edib. Onun təxminin 407 mln manatını kredit portfeli təşkil edir.

Bankın mərkəzi ofisindən əlavə paytaxtda 17, regionlarda isə 15 filialı vardır.

  • Bankın idarə heyətinin sədri Faiq Hüseynovdur, o 2002-ci ildən bəri bu vəzifədədir. Hətta ən uzun müddətdə CEO olaraq çalışan bankir kimi tanınır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et