Unibank-da işləmək üçün fürsət!!! | Banco.az

Unibank-da işləmək üçün fürsət!!!

 Korporativ müştərilərin cəlb edilməsi üzrə Menecer

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır. 

Başlıca öhdəliklər və məsuliyyətlər
 
• Korporativ müştərilərin Banka cəlb edilməsi ilə bağlı tədbirlər planının hazırlanması, həyata keçirilməsi və müştəri bazasının inkişaf etdirilməsi;
• Bank məhsulları bazarının analizi, hazırki məhsulların təkmilləşdirilməsinə olan tələbin və əlavə bank məhsullarının/xidmətlərinin tətbiqinə olan tələbatın aşkar edilməsi;
• Satış prosesini planlaşdırmaq, kommersiya təkliflərinin və prezentasiyaların hazırlanması, potensial korporativ müştərilərlə ilkin əlaqənin axtarılması;
• İri korporativ müştərilərin cəlb olunması üzrə təqdimatların hazırlanması,bankdaxili treninglərin keçirilməsi və kütləvi tədbirlərdə iştirak etmək;
• İri korporativ müştərilərin məmnunluq səviyyəsinin aşkar olunması və cəlb olunma keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması və həyata keçirilməsi.

Ən sərfəli kredit üçün müraciət et

Namizədin Profili
 
• Ali təhsil (İqtisadı, idarəetmə yönümlü təhsil arzu olunandır);
• Azərbaycan, İngilis və Rus dillərini bilmək və bu dillərdə sərbət yazışma aparmaq qabiliyyəti;
• Yaş: 24-35.
• Bir başa satış istiqamətində 3 ildən az olmamaq şərti ilə iş təcrübəsi;
• Bank işi və iqtisadi nəzəriyyəni bilmək; 
• Müştərilərlə iş təcrübəsi;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Danışıqlar aparmaq və problemləri həll etmək bacarığı;
• Microsoft Office-in əsas proqramlarında işləmək bacarığı (Word, Excell, Power Point, Outlook Express və s.);
• Korporativ davranış normaları ilə tanışlıq;
• Kollektivlə ünsiyyət qurmaq bacarığı;
• Ünsiyyətçil, əlaqələr yaratmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 07.03.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ müştərilərin cəlb edilməsi üzrə Menecer) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et