Uğurlu startupların 5 ortaq cəhəti nədir ? | Banco.az

Uğurlu startupların 5 ortaq cəhəti nədir ?

Hər kəs aldığı maaşdan narazıdır. Hər kəs daha çox istəyir. Biznesinizi qurmaq sizin gəlirlərinizi artırmağın yeganə yolu deyil. Amma ən effektiv yoludur. Çətindirmi, bəli. Amma mümkünsüz də deyil, axı. Qazanacaqlarınız itirəcəklərinizdən çoxdur, ən əsası.

Başlayaq birinci addımdan:

1. Fərqli İdeyalarla Gəlin.

Məhz bu etap bütün biznes həyatınızı, gələcəyinizi müəyyən edəcək. Elə bir ideya ilə gəlməlisiniz ki, qarşıdakı imtahanları keçə biləsiniz. İstənilən halda, sizdən əvvəl bu işi görənlər olub. İdeyalarınızı başqalarının səhvlərinə baxaraq təkmilləşdirin. Biznes ideyanızı öncədən test etməkdə fayda var. Ən yaxşısı isə, ideyanız haqqında bazar araşdırması etməkdir. Sorğu keçirmək hər zaman işə yarayır. Bazar araşdırmasının məqsədi müştərilərin nə istədiyi ilə sizin nə təklif etməniz arasında balansın nə qədər olduğunu ölçməkdir. Əgər artıq bazarda mövcud olan bir məhsulu satacaqsınızsa, eyni sənayedə əsas oyunçuların kimlər olduğunu araşdırın. Onlar nəyi müştərilərə verə bilmir və bunu siz edə bilərsiniz? Eyni məhsulu olduğu kimi bazara çıxarmaqla qazanmayacaqsınız. Daha yaxşılarını verməlisiniz, müştəriləri qazanmaq üçün. İnsanlar yaxşı məhsulları tanıya bilir. Hələ 12 yaşından qəzet paylamaqla işə başlayan hip-hop maqnatı Sean Combs-un dediyi kimi “Müştərilərə ən yaxşı xidməti göstərsəniz yaxşı qazanacaqsınız”. İdeyanızın zəif nöqtələrini və üstünlüklərini yaxşı analiz edin ki, hər şey bünövrədən asılıdır.

2. Biznes plan yazın.

Hətta işə təkcə başlasanız belə, “yalnızlıqların insanı” olaraq çox uzağa gedə bilməyəcəksiniz. Biznes komanda işi istəyir. Biznes plan yazarkən də, ətrafınıza hər zaman ən peşəkarları toplayın. İcazə verin hər kəs idealarını bölüşsün. İnanın ki, belə çox daha effektiv olacaqsınız. Biznes planın məqsədi biznesin kiçik modelinin müəyyənləşdirilməsidir. Biznes plan hazırlayarkən aşağıdakılara diqqət yetirin:

Ən sərfəli kredit üçün müraciət et

  • Müştərilərinizi tanıyın.
  • Biznesinizin niyə mövcud olduğunu əsaslandırın.
  • Rəqiblərinizi tanıyın.
  • Məhsul və xidmətlərin xərcini və qiymətlərini hesablayın.
  • Biznes üçün uyğun məkan seçin.
  • Biznesin maliyyə vəziyyətini əvvəlcədən diqqətə alın.

3. Başlamaq üçün pul lazım olacaq.

Öz işinizi qurmaq üçün sizin birinci köməyiniz yığdığınız pul olacaq. Əgər kifayət etməsə, banklar və investorlar, dostlar və qohumlar var. Arzularınız gerçək olsun deyə, bütün kainat sizə işləyir. Amma, investorlarla razılaşma zamanı çox diqqətli olun.

4. Komanda olmadan şirkət inkişaf etməyəcək.

Şirkət üçün ən müasir avadanlıqları təmin edə bilərsiniz. Lazım olan əsas element isə insanlardır. Sizinlə çalışan insanlar şirkətin tam orqanizm kimi fəaliyyətinə şərait yaradır. İnsanlar bu dünyada ən güclü varlıqlardır. Şirkətinizin güclü olmasını istəyirsinizsə, səmimi və müstəqil komanda qurun. O zaman hər kəs işini də görəcək, ən gözəl şəkildə şirkəti irəli də daşıyacaq.

5. Müştərilərinizi müəyyən edin və xidmət edin onlara.

Nə qədər çox müştərinizin olması müəyyən edir sizin satışlarınızı, qazancınızı. Siz müştərilərdən asılısınız, bunu unutmayın. Elə bir bazara daxil olun ki, orda müştərilər sizə ehtiyac duysunlar. Müştərilərə hər zaman ən yaxşısını verin, onlar da sizə gəlir gətirəcək.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et