Uğurlu olmaq üçün dərhal bu 10 vərdişdən əl çəkin! | Banco.az

Uğurlu olmaq üçün dərhal bu 10 vərdişdən əl çəkin!

Hər birimiz uğurlu olmaq istəsək də, bizə mane olan amillərə diqqət yetirmirik. İnsanların əksəriyyəti çatışmayan cəhətləri ilə üzləşməkdən qaçır və bu vəziyyət uğura gedən yolda onlar üçün maneəyə çevirilir. Aşağıda uğurlu olmaq üçün tərk etməli olduğunuz 10 zərərli vərdiş əks olunmuşdur:

1. İdeallarınızı yox edin

Hər birimiz ilham almaq üçün insanlara ehtiyac duyuruq. Lakin, bunun ifrat səviyyəyə çatması sizin üçün təhlükəli hala çevrilə bilər. Unutmaq olmaz ki, heç kəs sizin həyatınızı yaşamır. Onların təcrübəsini özünüzə rəhbər edin, lakin hər kəsin eyni yollardan keçərək uğura nail olduğunu düşünməyin.

2. Müqayisəyə yol verməyin

Hər birimiz fərqinə varsaq da varmasaq da sahib olmadığımız şeyləri istəyirik. Lakin, əldə etdiklərimizi və ya sahib olduqlarımızı başqaları ilə müqayisə etməkdən qaçınmalıyıq. Çünki, bu artıq qazandığımız uğurlara da kölgə sala biləcək bir haldır.

3. Peşmanlığa yol verməyin

Bu həyatda heçnə “əgər başqa cür olsaydı” demək qədər yalnış deyildir. Yadda saxlayın ki, hər şey olduğu kimi gözəl və dəyərlidir. Nəyi dəyişdirmək istədiyinizi müəyyənləşdirin və dəyişdirmək üçün hərəkətə keçin. Vaxtınızı düzgün dəyərləndirin, şəxsi inkişafınıza xüsusi diqqət ayırın.

4. Özünüz haqqında mənfi düşüncələrinizi yox edin

Yeni bacarıqlara sahib olmaq üçün potensialınız var. İllərinizi eyni işdə və ya vəzifədə çalışaraq həyatınız boyunca peşmanlıq yaşamağı qəbul etməyin. Başlanğıcda bunu etmək çətin olsa da, unutmayın ki, hər zaman cəhd etməyə dəyər. Qeyri-müəyyənliklərin sizi narahat etməsinə izin verməyin, uğurlu insanların sizdən daha dəyərli və bacarıqlı olduqlarını düşünməyi dayandırın.

Ən sərfəli kredit üçün müraciət et

5. Başqalarını günahlandırmayın

Bilməlisiniz ki, özünüzdən başqa heç kəs sizin yaşadıqlarınıza görə məsuliyyət daşımır.

6. Qərəzli olmayın

Varlı insanların çoxu əldə etdiklərinə sahib olmaq üçün dayanmadan çalışmışlar və unutmayın ki, çox çalışaraq siz də istədiklərinizi reallaşdıra bilərsiniz.

7. Hər zaman cavab verməli olduğunuz düşüncəsindən daşının

Ən çətin suallarla qarşılaşdığınız zaman etməli olduğunuz sadəcə “bilmirəm” demək və daha sonra bilmədiyiklərinizi araşdırıb öyrənməkdir. Bütün suallara cavab tapa bilmərsiniz.

8. Mükəmməl olmağa çalışmayın

Uğura gedən yolda şübhəsiz ki, bir çox səhvlər edəcəksiniz. Heç bir şey əsla mükkəmməl olmayacaq. Uğurlu olmağa can ata bilərsiniz, lakin hədəfinizə çata bilmədiyiniz zaman əsla ruhdan düşməyin.

9. Rahatlıq ehtiyacını yox edin

Bu yolda zaman zaman özünüzü narahat hiss edəcəksiniz. Özünüzə inamın azaldığı şəraitlərlə qarşılaşacaqsınız. Bu hisslərə öyrəşin və yolunuza davam edin.

10. Ən doğru vaxtı gözləməyə çalışmayın

Hər hansı bir işə başlamaq və ya karyeranızda yüksəlmək üçün mükəmməl zaman deyə bir məfhum yoxdur. Əgər bütün bunlara nail olmaq istəyirsinizsə, məhz indi hərəkətə keçin.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et