Uğurlu insanların həftə sonu vərdişləri | Banco.az

Uğurlu insanların həftə sonu vərdişləri

Bir çox insan həftə ərzində gərgin iş rejimində çalışdıqları üçün həftə sonunu yataraq və ya TV izləyərək başa vururlar.

Lakin, uğurlu insanlar belə etmirlər.

Onlar vaxtlarını daha məhsuldar şəkildə dəyərləndirməyə çalışırlar. Yəni uğurlu insanlar üçün şənbə və ya bazar gününün bir fərqi yoxdur. Siz də öz işinizi qurmaq, üzərində işlədiyiniz hər hansı bir layihəni uğurla başa çatdırmaq, şəxsi inkişafınızı tamamlamaq istəyirsinizsə, həftə sonlarınızı da düzgün dəyərləndirməlisiniz.

Bu səbəbdən bugünki məqaləmizdə uğurlu insanların həftə sonu məşğuliyyətlərindən bəhs etmişik.

1. Yuxudan erkən oyanırlar

Uğurlu insanlar şənbə və bazar günlərini yataraq başa vursalar yeni həftə üçün nəzərdə tutulmuş proqramlarının ləngiyəcəyini bilirlər. Buna görə də həftə sonunu məhsuldar keçirməyə çalışır və hər şeydən əvvəl səhər yuxudan erkən oyanırlar.

“Twitter” qurucularından Jack Dorsey həftə sonları 05:30 da yuxudan oyanır və 9 kilometr qaçır. Daha sonra isə həftə ərzində həll edə bilmədiyi məsələlərlə məşğul olur.

2. İdman edirlər

Həftə ərzində gərgin iş rejimi səbəbilə idmanla məşğul olmaq üçün vaxt tapa bilmədiklərindən həftə sonlarını qaçaraq, ağırlıq qaldıraraq, üzərək keçirirlər.

Xüsusilə ailənizlə və dostlarınızla qatılacağınız velosiped sürmə, avar çəkmə və yüksəkliyə dırmanma kimi fəaliyyətlərlə məşğul olmaq həm fiziki həm də zehni sağlamlığınız üçün faydalı hesab olunur.

3. Sosial fəaliyyətlərlə məşğul olurlar

İnsan sosial varlıqdır. Bir insanın uğurlu olmasının vacib şərtlərindən biri də onun sosial həyatının olmasıdır. Uğurlu insanlar həftə sonu və ya tətil günlərində ailələri və dostları ilə birlikdə konfranslara qatılır, kinoteatra və ya konsertə gedirlər. Bu sosial fəaliyyətlər yeni insanlarla tanış olmaq, yeni əlaqələr qurmaq üçün olduqca əhəmiyyətlidir.

4. Layihələr üzərində işləyirlər

Uğurlu insanlar həftə sonlarını üzərində işlədikləri layihələri gözdən keçirmək üçün ideal bir fürsət olaraq görürlər. Lakin, həftə sonunu işləyək keçirmək istəmirsinizsə, görülməli işləri o sahə üzrə mütəxəssi olan insanlara həvalə edə bilərsiniz.

5. Ailələri ilə vaxt keçirirlər

Uğurlu insanlar ailə və dostlarının əhəmiyyətinin və onların dəstəyinin nə dərəcədə mənəvi bir güc olduğunu çox yaxşı bilirlər. Bu səbəblə də ailə və dostlarla vaxt keçirməyə xüsusi diqqət göstərirlər.

Ən sərfəli kredit üçün müraciət et

6. Yaradıcı fəaliyyətlərlə məşğul olurlar

Yaradıcı fəaliyyətlərlə məşğul olmaq uğurlu və məhsuldar bir həyatın açarıdır. Uğurlu insanların demək olar ki hamısı yaradıcı fəaliyyətlər üçün özlərinə xüsusi vaxt ayırırlar.

Dünyanın ən məşhur sahibkarlarından biri olan Warren Buffett gitara çalıb mahnı oxumağı çox sevir. Siz də zövqünüzə və hobbilərinə uyğun fəaliyyət növləri tapa bilərsiniz.

7. Yalnız vaxt keçirirlər

Uğurlu insanlar düşünmək və diqqətlərini cəmləmək üçün yalnız vaxt keçirməyə də əhəmiyyət verirlər. Özü ilə tənha qalmaq insana ağlındakı suallara cavab tapmaq, yeni hədəflər müəyyənləşdirmək, gələcəyə dair planlar qurmaq üçün əla fürsətdir.

8. Telefondan istifadə etmirlər

Uğurlu insanlar həftənin bir günü telefondan istifadəyə məhdudiyyət qoyurlar.

E-poçt hesablarına gələn mesajları yoxlamır, sosial media hesablarına və ümumilikdə internetə daxil olmurlar. Bununla da həm gözləri həm də zehnləri dincəlmiş olur.

Siz də həftənin ən azı bir günü telefonunuzu söndürün və internetə girməyin. Sizə qalacaq vaxtın bolluğuna təccüblənəcəksiniz.

9. Kitab oxuyurlar

Uğurlu insanların əksəriyyəti əsl “kitab qurdudur”. Çünki bu insanlar başqalarından yeni şeylər öyrənməyə olduqca həvəslidirlər. Jurnalları izləyir, digər insanlarla ünsiyyət saxlayır, internet vasitəsilə yayımlanan məqalələri və kitabları oxuyurlar.

Uğurlu insanlar əlbəttə ki, təkcə biznes kitabları oxumurlar. Onlar xəyal gücünü inkişaf etdirəcək, özlərinə mənəvi rahatlıq verəcək ədəbiyyat əsərlərini də böyük maraqla oxuyurlar.

10 Yeni həftəni planlaşdırırlar

Uğurlu insanlar üçün həftə bazar ertəsindən başlamaz. Bazar günü növbəti həftənin planını qurmaq üçün əla vaxtdır.

“Twitter” qurucularından Jack Dorsey də şənbə gününü təbiət gəzintisinə çıxaraq, bazar gününü isə yeni həftənin planını quraraq keçirir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et