Uğurlu insanlar həftəsonunu necə keçirir - 6 fəaliyyət | Banco.az

Uğurlu insanlar həftəsonunu necə keçirir - 6 fəaliyyət

İşçilərin iş həyatında ən çox şikayət etdikləri mövzuların başında özlərinə kifayət qədər zaman ayıramamaları gəlir. Əslində, iş həyatınız nə qədər gərgin olursa olsun yaxşı bir planlama ilə özünüzə vaxt ayırmanız mümkün ola bilər.

Məsələn, əgər həftəsonlarında işləmirsinizsə, bu qısa tətili ən məhsuldar şəkildə keçirərək etmək istədiklərinizi reallaşdıra bilərsiniz.

Banco.az xəbər verir ki, "What The Most Successful People Do On The Weekend" (Müvəffəqiyyətli insanlar həftəsonu nə edir?) Kitabının yazıçısı, zaman idarəsi mütəxəssisi Laura Vanderkam müvəffəqiyyətli insanların həftəsonlarında reallaşdırdıqları bəzi fəaliyyətləri və edilməsi lazım olanları bu şəkildə sıralayır ...

1. Məntiqli seçimlərlə həftəsonundakı boş zamanı idarə edə bilmək

Həftəsonu dedikdə çox adamın ağlına plansız edilən işlər, gec oyanmaq, televiziya izləmək kimi fəaliyyətlər gələ bilər. Ancaq əgər həftə sonlarınızı əvvəlcədən planlasanız bu əhəmiyyətli vaxtı daha keyfiyyətli şəkildə qiymətləndirə bilərsiniz.

Vanderkam'a görə həftəsonlarını yaxşı dəyərləndirmək üçün atılması lazım olan ilk addım məntiqli seçimlərlə bu zaman dilimini planlaşdırmaqdır. Çünki planlanmış olan fəaliyyətlər, spontan şəkildə gerçəkləşdirdiklərimizdən çox daha faydalı olur.

2. Həftəsonu səhərlərini özünüzə ayırın

Həftəsonu səhərlər, özünüzə ayırabiləcəyiniz və həftə içi fürsət tapa bilmədiyiniz fəaliyyətlər üçün mükəmməl bir zaman ola bilər. Qaçmaq, idman etmək, uşaqlarınızla vaxt keçirmək üçün səhərlər bir az erkən qalxa bilərsiniz. Əlbəttə, bunu reallaşdıra bilmək üçün bir gecə əvvəlində çox gec yatmamakq da önəmlidir.

Ən sərfəli kredit üçün müraciət et

3. Həftəsonları üçün ailə ənənələri

İş dünyasında müvəffəqiyyətli insanlar həftəsonlarında ailələriylə vaxt keçirə bilmək üçün bir ailə ənənəsi yaradırlar. Nahar yeməyini birlikdə yemək, birlikdə yemək bişirmək kimi fəaliyyətlər həm maraqlı vaxt keçirmək, həm də gözəl xatirələr qoymaq üçün təsirli ola bilir.

4. Telefondan uzaq keçiriləcək saatlar 

Kitabda toxunulan bir başqa nöqtədə iş dünyasındakı müvəffəqiyyətli insanlar özlərinə zaman ayırmaq üçün həftəsonlarında ən azı bir neçə saat telefonlarını bağladıqlarını və özləriylə baş başa qaldıqları deyilir.

5. Bazar ertəsi gününə Bazar gecəsindən hazırlanmaq

Bazar ertəsi sindromu bir çox işçinin ortaq problemidir. Mütəxəssislər bu mövzuda yaşanan problemləri yüngülləşdirmək üçün Bazar gecəsinin dinc və əyləncəli keçirilməsinin əhəmiyyətli olduğunu ifadə edir. Vanderkam'a görə bu zaman edilə biləcəklər arasında yoga etmək və ya maraqlı bir film izləmək ola bilər.

6. Ev işlərinə çox vaxt ayırmamaq

Bu nöqtə xüsusilə həftəsonunda ev işləri ilə maraqlanması lazım olan kəsləri maraqlandırır. Həftəsonlarında mütləq evinizlə əlaqədar etməniz lazım olan işlər ola bilər. Ancaq bütün həftəsonunuzu təmizliyə və mətbəx işlərinə ayırmanız, heç dincəlməməyinizə səbəb ola bilər. Mütəxəssislərin bu mövzudakı tövsiyəsi; etməniz lazım olan işləri etmək istədiyiniz fəaliyyətlərin arasına salın. Məsələn, film izləməklə, idman etmək arasındakı müddətdə camaşırlarla maraqlanmaq kimi həllər ortaya qoymağınız bu mövzuda faydalı ola bilər.

UĞURLU HƏFTƏSONLARI!

Ən sərfəli krediti almaq üçün müraciət et