Uğurlu biznesin sirri: “Qorxuları müalicə edib inkişafa nail ola bilərsiniz” | Banco.az

Uğurlu biznesin sirri: “Qorxuları müalicə edib inkişafa nail ola bilərsiniz”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Sahibkarın, satış və marketinqin birbaşa vəzifəsi biznesin inkişafına və gəlirliyin artımına nail olmaqdır. Biznesinizi ayaqda saxlamaq və biznesinizi inkişaf etdirmək üçün  çox çalışmalı və işinizə həqiqətən qayğı göstərməlisiniz.

Biznes yalnız düzgün idarə olunarsa uğur qazana və inkişaf edə bilər. Buna görə də, bir işi necə düzgün idarə etməyi bilməlisiniz.

Banco.az xəbər verir ki, mövzu ilə bağlı danışan biznes konsultantı Anar Bayramov hesab edir ki, biznesdə  “problemli uşaq” problemi həll edilmədikcə bu bizim vaxtımızı davamlı olaraq məşğul edə bilər.

Bəs “problemli uşaq” dedikdə nə anlamalıyıq?

“Biznesli problemli dedikdə  ipə-sapa yatmayan, davamlı problem çıxaran işçi də nəzərdə tutula bilər. Onlar sahibkarın enerjisini, lüzumsuz yerlərə yönəldirlər. Bu sahədə problem təkcə işçi faktorunda deyil, mağaza, filial, tədarükçü, müştəri simasında da ola bilər.  Şirkətdaxilində bu kimi vəziyyətlər ümumi performansa təsir edir  məhsuldarlıq xeyli axsayır”

Ekspert deyir ki, bəzən  “problemli uşaq”lara görə itirdiklərimizi hesablamasaq da, özümüzə bu barədə suallar verməyi də bacarmalıyıq.

“Özümüzə davamlı olaraq sual verməliyik. Bizə bu işçi, müştəri və ya tədarükçü ilə tez-tez faydasız münasibətlər lazımdırmı? Bir çox hallarda həmin problemli uşağı “ləğv” edib xeyli dərəcədə qayğıdan xilas olmaq mümkün olur. Bu da  ümumi  vəziyyəti yaxşılaşdıra bilər”.

Ümumiyyətlə, bir çox biznes menecerləri yeni strategiyaları ilə böyük potensialı reallaşdıracaqlarını bildikləri halda qorxaq davranırlar. Bu cür qorxuları müalicə edərək, biznesinizin böyüməsinə töhfə verəcək belə vacib qərarları həyata keçirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Sağlam strategiyaların əksəriyyəti biznesin sürətlə böyüməsinə və mənfəəti eksponent olaraq artırmağa kömək edir. Bu strategiyaların bəziləri cəlbedici olsa da, hamısı etik olmaya bilər.

Sosial dəyərləri dəstəkləməli

Biznesinizi və ya şəxsiyyətinizi təhdid etməməli və ya nüfuzunuza xələl gətirməməlidir

Heç bir şəkildə qorxu və ya narahatlığa səbəb olmamalıdır

Əgər biznesinin  sadalanan  şərtlərə uyğunlaşdırılmış strategiyalar sayəsində fəaliyyət göstərərsə  etibarlı və etibarsız bizneslərdən  fərqi  o dəqiqə hiss olunacaqdır. Biznes konsultantları hesab edir ki, uğur qazanmaq ancaq effektiv idarəetmə ilə mümkündür. Ona görə də biznesinizin ən qısa zamanda böyüməsini istəyirsinizsə, bu qaydalara ciddi əməl edin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et