Uçot dərəcəsi faizlərə necə təsir edir? | Banco.az

Uçot dərəcəsi faizlərə necə təsir edir?

Nə baş verib?

16 dekabr 2014-cü ildə, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini  10,5%-dən 17%-ə yüksəltdi. İlin əvvəlində isə uçot dərəcəsi 5,5% idi. O vaxtdan bəri mərkəzi bank 6 dəfə bu göstəricini dəyişib.

Uçot dərəcəsinin bu və ya digər istiqamətdə qəfil və kəskin dəyişməsi həmişə iqtisadi böhrandan xəbər verir.  Uçot dərəcəsinin 0,24 % və ya 0,5 % həcmində dəyişməsi isə “adi” hal hesab olunur.

Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) nədir?

Bu Mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlər üzrə faiz dərəcəsidir. Aşağı faiz dərəcəsi olduğu və rublun qiymətdən düşdüyü bir vəziyyətdə bankların qazanmaq üçün uğurlu bir strategiyası ola bilər: Onlar MB-dan pul götürə, onları xarici valyuta çevirə və sonra və rublun qiymətdən düşməsi sayəsində qazana bilərlər. Yəni, bu gəlir onların ödədiyi faizləri qarşılayır. Yüksək uçot dərəcəsi isə belə əməliyyatları daha riskli edir. Amma belə yüksək faiz dərəcəsi ilə kommesiya banklarının, ümumiyyətlə, MB-dən pul götürmək istəməməsi də istisna deyil. Bu da ona gətirib çıxarır ki, onlar yeni kredit verməyi azaldırlar. Bu isə ölkədəki iqtisadi fəallığa zərbə vurur: insanlar daha az alır və yeni biznes layihələrə yatırım etməkdən çəkinirlər.

Rusiya MB uçot dərəcəsini niyə qaldırsın?

Bütün dünyada mərkəzi banklar uçot faiz dərəcələrini yüksəltməklə, inflyasiyanın qarşısını almağa çalışırlar. Proses belədir: Yüksək uçot dərəcəsində biznes kreditləri üzrə faizlər yüksəlir. Belə şərtlərə isə kredit götürmək istəyənlərin sayı azalır və iqtisadiyyata daha az pul daxil olur. Dövriyyədə pulun az olması  pulun qiymətinin ucuzlaşmasına deyil, bahalaşmasına gətirib çıxarır.  

İndiki halda isə, uçot dərəcəsinin kəskin yüksəlməsinin inflyasiyaya təsiri məhdud olacaq, çünki hətta Rusiya Mərkəzi bankının özü belə etiraf edir ki, mağazalarda mallarının qiymətinin qalxmasının səbəbi monetar faktlar deyil, qarşılıqlı sanksiyalardır.

Kreditlərin taleyi necə olacaq?

Kreditlər daha az əlçatan olacaq. Kommersiya bankları Mərkəzi bankdan borcu daya yüksək faizlə almalı olduqda, onlar təbii olaraq, bu xərclərin bir hissəsini müştərilərin çiyinlərinə qoymağa çalışır. Yeni kreditlər üzrə faizlər yuxarı qalxır – uçot dərəcəsi qalxanda, bu həmişə belə olur. Bu təkcə yeni deyil, həm də köhnə borclanalar üçün problem deməkdir. Rusiya Mərkəzi bankının məlumatına əsasən birinci yarım ildə kredit alanların 84%-i bu bu krediti köhnə borclarını bağlamağa yönəldiblər (ipotekanı nəzərə almasaq 92%). Uçot dərəcəsinin yüksəlməsi halında isə belə kreditləri almaq daha müşkül olacaq. Belə ki, faizlər yüksələcək, banklar isə kreditin geri ödənməmə riskini nəzərə alaraq əksər hallarda borc verməkdən imtina edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Əmanətlərin taleyi necə olacaq?

Rublda yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri əhəmiyyətli dərəcədə yüksəlməlidir. Amma bu tədricən baş verəcək. Artıq yerləşdirilmiş əmanətlər üzrə faizlərə yenidən baxılmayacaq. Beləliklə, əgər siz əmanətinizi rublda saxlamaq qərarı vermisinizsə, ən yaxşısı əmanət müqaviləsini pozmaq (əgər bu faizlərin kəskin itirilməsinə gətirib çıxarmayacaqsa) və yeni daha sərfəli şərtlər ilə müqavilə bağlamaqdır.

Əgər gəlirləriniz rubl, kreditiniz isə xarici valyutadadırsa, nə etməli?

İlk növbədə ümid edə bilərsiniz ki, neftin qiymətinin düşməsi dayanacaq, qarşılıqlı sanksiyalar ləğv ediləcək, MƏB-nin tədbirləri bazara təsir göstərəcək, avro və dolların isə bahalaşması dayanacaq. İkinci növbədə isə bankla danışıqlara gedə bilərsiniz – onlardan bir çoxunda valyutada olan kreditlərin (məsələn İsveçrə frankı və ya Yaponiya yeni)  restrukturlaşdırılması ilə bağlı təcrübə var, amma belə danışıqlar heç də həmişə uğurla başa çatmır. Məsələn, 2008-2009-cu illər böhranı ərəfəsində Bank Moskvanın ipoteka borcalanları və “ОТП-Банк”-ın kredit müştəriləri etiraz aksiyalarına çıxır, hətta aclıq belə elan edirdilər.

Bank köhnə kredit üzrə faizi yüksəldə bilərmi?

Ola bilər. Əgər belə bir hal kredit müqaviləsində nəzərdə tutulubsa, onda qanun icazə verir ki, bank təktərəfli şəkildə kredit üzrə faiz dərəcəsini yüksəltsin. Ali arbitraj məhkəməsi təsbit edib ki, banklar faiz dərəcəsini artırdıqda, “vicdanlılıq və məntiqlilik” prinsiplərindən çıxış etməlidir. Nəzəri olaraq borcalan kreditorun qərarını məhkəmədə müzakirəyə çıxara bilər.

Rublda olan krediti vaxtından əvvəl bağlamağa dəyərmi?

Bu sizin maliyyə durumu və gəlir mənbəyinizin etibarlılığından asılıdır. 2011-ci ildən etibarən mülki məcəlləyə əsasən banklar Rusiya vətəndaşlarını krediti vaxtından öncə bağlamağına görə cərimə edə bilməz. Ona görə də əlavə xərclərdən qorxmağa dəyməz. Digər tərəfdən bu maliyyə baxımından əhəmiyyətsiz bir addım ola bilər, xüsusən, əgər kreditin faiz dərəcəsi inflyasiya dərəcəsindən aşağıdırsa. Rusiya Mərkəzi Bankı ehtimal edir ki, 2015-ci ilin əvvəlində inflyasiya 11,5%-ə qədər yüksələcək. Belə halda, sərbəst vəsaiti yüksək faizlə depozit yatırmaq daha sərfəlidir. Nəinki, onu kreditin vaxtından əvvəl bağlanmasına yönəltmək.  Artıq indidən bəzi əmanətlər üzrə faizlər 12%-dən daha yüksəkdir. Yeni baza dərəcəsi ilə onlar daha da yuxarı qalxacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et