Uberdən bitcoin-ə “yaşıl işıq” | Banco.az

Uberdən bitcoin-ə “yaşıl işıq”

Argentina höküməti ölkə ərazisində Uber taksilərində gediş haqqını kredit kartları ilə ödəməyi qadağan etdi. Buna cavab olaraq Uber Argentinada sərnişinlərə ödəniş vasitəsi kimi bitkoinlə hesablaşmağı icazə verdi.

740_ly9jb2ludgvszwdyyxbolmnvbs9zdg9yywdll3vwbg9hzhmvdmlldy81zwvlytblmjhlzmjlzmuwzdvlnmuzntzlogi4y2e5os5qcgc-1.jpgArgentina rəsmiləri artıq neçə illərdi Uberi öz ölkələrində xoş qarşılamırdı. Xüsusilə Buenos-Ayres şəhərində taksi sürücüləri “qlobaq monopolist”ə qarşı çıxmışdılar. Ölkə ərazisində ödənişlərdə kredit kartlarından istifdənin qadağan edilməsindən sonra Uber üçün iki çıxış yolu var idi: bu ölkədə biznesi bağlamaq, ya da ödəniş vasitəsi kimi başqa alternativ tapmaq. Çıxış yolu tapıldı və bundan sonra istifadəçilər Xaro debt kartları vasitəsilə bitkoinlə ödəniş edə biləcək. Bu kartla istifadə edən hər kəs 30 dollar endirim alacaq. Bitcoin Latam və RSK Labs-ın icraçı direktoru Diego Gutierrez Zaldivar: “Ümumilikdə Uber istifadəçiləri yeni texnologiya barədə kifayət qədər məlumatlıdırlar və bitkoindən istifadəyə meyillidir. Bitkoindən istifadə qorxusu nisbətən savadsız istifadəçilərdə olur”.

Ən sərfəli kredit üçün müraciət et

Bu məsələ ilə bağlı Morgan Creek Capital-ın partnyoru Anthony Pompliano öz twitter-də qeyd edib: ” Uber Argentina hökümətinin qərarına cavab olaraq bitkoinlə ödənişlərə icazə verib. Heç bir hökümət bitkoini dayandıra və ya öldürə bilməz. Daha çox şirkət korrupsiyaya qarşı mübarizə üçün bitkoindən istifadə etməyə başlayacaq”.

Kriptoinvest.az

Ən sərfəli krediti almaq üçün müraciət et