Uber uğurunun sirri nədir? | Banco.az

Uber uğurunun sirri nədir?

Bu gün Uber dedikdə hər kəsin diqqəti bir nöqtəyə fokuslanır. Uberin fərqi gündən-günə artmaqda olan inkişafdır.

Çoxları düşünür ki, layihənin necə həyata keçdiyi, necə işlədiyi asandır. Amma böyük rəsm həmişə kritik nöqtələri göstərir. Təbii ki, Uber sadəcə şəxsi sürücü anlayışı deyil. Uber həmdə dondurma və ya gül çatdırılmasını, hətta vertolyot tələblərini qarşılayan logistik şirkət sayılır. Hansı ki, bütün bunlara, necə deyərlər, bir toxunuş qədər yaxınsınız.

Şirkətin keçmişi haqqında qısa məlumat versək, 2008-ci ildə bu şirkətin qurucuları Travis Kalanick və Garrett Camp, Parisdə LeWeb konferansında başlanğıc layihələrilə təqdimatda iştirak etdilər. Onlar bizim gündəlik həyatda yaşadığımız problemləri, məsələn, əlində ağır çantalar var ikən yağışın altında yolundan taksi keçməsini gözləyən biz sərnişinlərin ortaq dərdlərini vurğulayırdılar. Hətta onlar dostluq etməsələr belə bu layihəni, sanki köhnə dost imişlər kimi təqdim edirdilər(Bunu da qeyd edim ki, hal-hazırda dostdurlar). Onların məqsədi doğru zamanda doğru yerdə müştərinin tələbini qarşılamaq idi. Lakin əsas düşüncə iki hissədən ibarət idi: layihə mobil tətbiqlə olmalı idi və sürücülər Jay Lenonun şəxsi qarajından istifadə etməli idi.

Garrett aparıcı mövqe üçün öhdəlik aldı və fikirlərini topladı. Prototip çıxardaraq İphone üçün mobil tətbiq hazırladı. Çox keçmədi ki, Travis də ona qoşuldu.

2010-cu ilin yanvar ayında Uber artıq bir neçə qaraj maşınlarını sifarişlər üçün test sürüşünə çıxartdı. Az maşın olmasına və az insanın bu layihə haqda məlumatı olmasına baxmayaraq Uber istifadəyə çox uyğun olduğunu sübut etdi. Bir müddət sonra San Francisco bu layihə üçün ev sahibliyinə qoşuldu.

Ən sərfəli kredit üçün müraciət et

Uber sadəcə müştərilərin məmnuniyyətinə önəm verirdi. Hətta Dubai və Abu-Dabi kimi həm gənc, həm yaşlı nəsli zəngin olan ölkələrdə müştərilərə endirim etməyə çalışaraq, onların məmnuniyyətini qazanmağa çalışmışdır. Bu şirkət üçün reklam etmək anlayışı pul ödəyərək özlərini təqdim etmək deyil. Müştəri məmnuniyyətinin dildən-dilə dolaşması, onsuz da, reklam effektini ortaya çıxarır.

Bu gün Uber 11.5 milyon dollarlıq A Series fondu ilə dünyanın aparıcı nəqliyyat xidmətlərindən biri olmağı bacarmışdır. Şirkət özünün 2-ci dövr maliyyələşməsi üçün əlavə 32 milyon dollar, son dövrü üçün isə 1.2 milyard dollarlıq fonddan istifadə etmişdir. Və nəticə olaraq  hal hazırda Uber 17 milyard dəyərindədir.

Bir çox insan bu şirkəti 100 milyard dollardlıq şirkət kimi görür. Və təcrübələrdən onu görmək olur ki, bu çox uzaq bir fərziyyə deyil. Uber sizin dondurmalarınızı, güllərinizi, istəyə görə pizzalarınızı hətta saqqızınızı belə çatdırmağı hədəfləyir. Telefonunuzda Uber mobil tətbiqi varsa, istədiyiniz hər şeyi sizə çatdıra bilər. Əgər heç gözləmədiyiniz insanlar belə sizə Uberdən danışsa, təəccüblənməyin, çünki heçnə imkansız deyil.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et