Uber 2020-ci ilə uçan taksilər vəd etdi | Banco.az

Uber 2020-ci ilə uçan taksilər vəd etdi

Şirkətdə belə düşünürlər ki, sərnişinlər 2023-cü ilə qədər bu taksilərdən istifadə edə biləcək,

Taksi sifarişi xidməti olan Uber 2020-ci ilə qədər, uçan avtomobillər və onların şəhər daxilində havaya saquli qalxa və enə bilməsi üçün, lazımı infrastrukturu yaratmağı vəd edib, bu barədə TechCrunch saytı kompaniya təmsilçilərinə istinad edərək məlumat verir.

« Şəhər aviasiyası – Uber üçün növbəti məntiqi addımdır», — Dallas şəhərində Elevate Summit  konfransının açılışında, şirkətinin yeni məhsulların yaradılması departamentinin rəhbəri Ceff Xolden bildirib. O həmçinin qeyd edib ki, şirkət yeni konsepsiya hazırlamaq üzərində çalışır və onu təxminən belə ifadə etmək olar “Düyməni bas və uç”.

Ən sərfəli kredit üçün müraciət et

Layihə çərçivəsində şirkət beş aviaqurucu kompaniya ilə, əsasən Aurora Flight Sciences, Pistrel Aircraft, Mooney, ChargePoint, Embraer və Bell Helicopters, o cümlədən ABŞ-da Dallas hökuməti və ölkə xaricində Dubay rəsmiləri ilə əməkdaşlıq edəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et