“Twitter”in 4 sirri | Banco.az

“Twitter”in 4 sirri

Dorsidən olsa “Twitter”  (Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb-red.) ancaq “işdəyəm”, “yataqdayam” kimi məkan statuslarından ibarət olacaqdı. Yaxşı ki saytın qurucularından biri Noa Qlass ideyanı genişləndirərək “Twitter”i bir kommunikasiya şəbəkəsi kimi fikirləşərək “Twitter”i  “Twitter” edən bütün funksiyaları hazırlayıb.

Zükerberq almaq istəyib

Cek Dorsi “Twitter”dən qovulanda şirkətin indiki rəhbərliyindən intiqam almaq üçün əzəli rəqib “Facebook”da işləməyə can atıb. Zükerberqin – “Facebook”un rəhbərinin isə məqsədi “Twitter”i almaq idi. Dorsinin “Twitter”dən qovulduğunu eşidəndə Zükerberq saytın zəifləyəcəyini düşünüb və almaq fikrindən daşınıb.

Adı az qala “Vibrate” olacaqdı

Qlass telefonunu həmişə səssizdə və titrəşimdə qoyduğuna görə ağlına ilk “Vibrate” adı gəlib. Digər güclü namizəd isə “Friendstalker” olub. Ancaq hər iki sözdəki zarafatyanalıq onları yeni bir ad axtarmağa sövq edib.

Ən sərfəli kredit üçün müraciət et

Al Qor şirkət rəhbərlərini içki ilə aldatmaq istəyib

“Twitter”i almağa çalışanlar arasında təkcə Zükerberq yox idi. Aktyor Eşton Ketçer və musiqiçi Paf Deddi də uzun müddət əllərində milyon dollarlıq çeklə şirkət rəhbərlərinin arxasınca  qaçıblar. Şirkəti almağa başqa bir real namizəd isə Al Qor olub. Siyasətçi, biznesmen, Nobel Sülh Mükafatı laureatı Al Qor son çarə kimi şirkət qurucuları Ev Uilyams və Biz Stounu hər gecə klub-klub gəzdirib, litrlərlə içki içirtdi, amma nəticə dəyişmədi. 

Qlass: Bunu mən başlatmışam

“Twitter”in yaranmasında Cek Dorsidən bəlkə də daha çox əməyi olan Noa Qlass 1 sentyabrdan bəri  “Twitter”də aktiv deyil. Son tvitində: “Twitter komandasına uğur və dürüstlük arzu edirəm” yazıb. Özü haqqında məlumatlar qismində yazdığı “Bunu mən başlatmışam” sözləri isə şirkət rəhbərliyindən incik olduğuna işarə edir.

Ən sərfəli krediti almaq üçün müraciət et