"Twitter" şirkətinin səhmlərinin dəyəri üçdə birə qədər azalıb | Banco.az

"Twitter" şirkətinin səhmlərinin dəyəri üçdə birə qədər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask tərəfindən satın alınan “Twitter” şirkətinin səhm dəyəri üçdə birə qədər azalıb.

Banco.az xəbər verir ki, milyarder İlon Mask 2022-ci ilin oktyabr ayında “Twitter” şirkətinə 44 milyard dollar ödəməklə ilin ən böyük satınalma əməliyyatını reallaşdırmışdı.

“Fidelity” investisiya firmasının məlumatına görə, “Twitter”in səhmləri bu satınalmadan sonra üçüncü dəfə ucuzlaşıb. Bununla da, şirkətin hazırki dəyəri Maskın aldığı məbləğin üçdə birinə, yəni 15 milyard dollara düşüb.

Həmçinin qeyd edilib ki, “Twitter”in maliyyə tənəzzülü özü ilə birlikdə 13 milyard dollarlıq borc da gətirib. Digər tərəfdən, Maskın yanlış qərarlarına görə, şirkətin reklam gəlirlərində də 50 faiz azalma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et