Türkiyənin turizm sektorunda gözlənilməz YENİLİK | Banco.az

Türkiyənin turizm sektorunda gözlənilməz YENİLİK

Yəqin ki, istirahət dedikdə ilk ağla gələn Türkiyə olur. İstər təşkilatçılıq, istər xidmət baxımından Türkiyə bir sıra ölkələri o cümlədən turistlərin ən çox getmək arzusunda olduğu İspaniyanı belə geridə qoyur. Bu baxımdan turistlərin Türkiyəni seçməsinin bir digər səbəbi istirahətin “all inclusive”, yəni hər şeyin qiymətə daxil olmasıyla bağlıdır.

Lakin artıq gələcək illərdə bu baxımdan müəyyən dəyişikliklər ola bilər. Belə ki, qiymətlərin az olması və hər şeyin bu qiymətə daxil olması ölkədə turizmə o qədər də fayda vermir. Bu baxımdan bir çox otel sahibləri bu xidmətin rəsmi olaraq ləğv olunmasını tələb edirlər.

Cornelia Diamond Golf Resort & SPA Hotel-in icraçı direktoru Zəfər Alkaya bu xidmətin turistlərin Türkiyə haqda lazımi məlumat almaq prosesini zəiflətdiyini bildirir. Belə ki, all inclusive paketində turist yalnız standart menyuya daxil olan qidalarla tanış olurlar. Bundan əlavə yerli mətbəxtlə tanış olmaq onlar üçün maraqlı olmur.

Ən sərfəli kredit üçün müraciət et

Bir çox yerli sakinlər və ticarətçilər belə paketlərdən yararlanan turistlərin ölkəyə heç bir əlavə gəlir gətirmədiyini bildirir.

Bu qərar qəbul olunduğu halda ölkəyə gəlmək istəyən turistlərin sayında kəskin azalmanın olacağı da gözlənilən haldır. Belə ki, əgər əvvəllər turist paketi alırdısa, onda əlavə xərclər onu o qədər də narahat etmirdi, lakin qanun qəbul edildiyi halda əlavə gəlirləri nəzərə almaq da labüd olacaq.

“Hər şey daxil” formatı son illər Türkiyəyə olan tələbi daha da artırıb. Belə ki, bir çoxları  yay, qış aylarında istər istirahət, istərsə də xüsusi günlərini qeyd etmək üçün Türkiyənin müxtəlif regionlarını seçirlər.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et