Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb | Banco.az

Türkiyənin Azərbaycana birbaşa investisiya qoyuluşu artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 872 milyon 902 min dollara bərabər olub.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.1% və ya 121 milyon 218 min dollar çoxdur.

Qeyd edək ki, 2022-ci ilin 9 ayında Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 751 milyon 684 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et