Türkiyəli təqaüdçü qeyri-adi biznes quraraq sərvət sahibi oldu | Banco.az

Türkiyəli təqaüdçü qeyri-adi biznes quraraq sərvət sahibi oldu

Əslində hal-hazırki dövrdə varlı olmaq o qədər də çətin deyil. Bunun üçün sərmayədən daha vacib bir şeyə -i deyaya ehtiyacınız var. Əgər qeyri-adi bir ideyanız varsa və bunu edəcək qədər özünüzə inanırsınızsa, niyə də olmasın. Bu yazıda sizi maraqlı bir biznes nümunəsi ilə tanış edəcəyik.

Bu biznes nümunəsinin əsas predmeti diş çöpləridir. Yəqin ki, burda qeyri-adi nə var ki, fikri bir çoxlarınızın ağlından keçib. Əslində elədir. Amma hal-hazırki dövrdə insanların qida rasyonunda yer alan problemli qidalar ekoloji təmiz fikrinə diqqəti daha da artırıb. Maraqlıdır, bəs diş çöpü necə ekoloji təmiz hesab oluna bilər. Belə bir şey mümkündür. Əgər bu çöplər xüsusi kimyəvi prosedura məruz qalmırsa və eyni zamanda buna görə ağac kəsilmirsə, onda bu çöpləri ekoloji təmiz məhsul hesab etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Türkiyəli yaşlı bir adam “Acacia Sieberiana” adlı ağacın tikanlarından belə diş çöpləri hazırlayaraq, onun satışından olduqca yüksək miqdarda pul əldə edə bilib. Bunun üçün o təkcə diş çöplərini forma vermək üçün cihaz hazırlatdırıb. O tikanların kilosunu 25 manata almaqla 8 nəfərlik heyətlə öz biznesini idarə edir. Çağlar adlı bu şəxs yaxın gələcəkdə öz məhsulunu Türkiyənin bütün ərazisində satışa çıxaracağını qeyd edib.

Həmçinin maraqlıdır: Uğurlu biznesin 3 sirri

Nəcibə Yusifova, Banco.az