Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb | Banco.az

Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azalaraq 5,842 milyon dollar təşkil edib.

Bunu Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, may ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin mayı ilə müqayisədə 43,8 faiz azalıb və 978 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz azalaraq 530,2886 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.

Son 12 ay ərzində (may 2019 – may 2020) Türkiyə 1,452 milyard manat məbləğində dəri məmulatı ixrac edib.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et