Türkiyədə işsiz əhalinin sayı artım göstərib | Banco.az

Türkiyədə işsiz əhalinin sayı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə işsizlik nisbəti yanvar ayında 9,1 faizə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2024-cü ilin yanvar ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 85 min nəfər artaraq 3 milyon 214 min nəfərə çatıb.

İşsizlik nisbəti də 0,2 bənd artaraq 9,1 faizə çatıb. Bu nisbətin kişilər üçün 7,7 faiz, qadınlar üçün isə 11,7 faiz olduğu təxmin edilib.

2024-cü ilin yanvar ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 160 min nəfər artaraq 32 milyon 222 min nəfərə, məşğulluq səviyyəsi də 0,2 bənd artaraq 49,0 faizə çatıb.

Bu göstərici kişilərdə 66,0% olduğu halda, qadınlarda 32,4% qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilənə görə, 15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,1 bənd artaraq 16,6 faizə çatıb. Bu yaş qrupunda işsizlik nisbəti kişilər üçün 14,1 faiz, qadınlar üçün isə 21,1 faiz olaraq təxmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et