Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb | Banco.az

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

Türkiyədə istehlak qiymətləri mart ayında illik müqayisədə 11,29% artaraq 2008-ci ilin oktyabr ayından etibarən maksimal həddə çatıb. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Türkiyə Statistika İdarəsinin aylıq hesabatında bildirilir. 

Hesabata əsasən, ölkədə daxili istehsal qiymətləri isə mart ayında 16,09% artıb. Baza inflyasiya mart ayında illik müqayisədə 9,46% təşkil edib. Mart ayında inflyasiya ən çox 27,53%-lə mandarində, ən çox ucuzlaşma isə 27,9%-lə yaşıl soğanda baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, inflyasiya göstəricilərini təhlil edən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, may ayından etibarən inflyasiya tək rəqəmli, məzənnə dəyişikliyinin  isə inflyasiyaya daha bir müddət təsiri olacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et