Turizm şirkətlərinin fəaliyyəti ilə bağlı qərar AÇIQLANDI | Banco.az

Turizm şirkətlərinin fəaliyyəti ilə bağlı qərar AÇIQLANDI

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən karantin şərtlərinin yumuşaldılması, bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tətbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilərlər. 

Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləmələrinə icazə verilir.

“ATAA olaraq turizmin bu çətin dönəmində fəaliyyətini davam etdirən bütün turizm şirkətlərinə işlərində uğurlar diləyirik. İnanırıq ki, qısa zamanda hökumətin və turizmlə birbaşa əlaqəsi olan dövlət qurumlarının dəstəyi və yardımı ilə bu böhran vəziyyətindən də çıxa biləcəyik.

Bir daha turizm şirkətlərinə müraciət edərək metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq”, - açıqlamada qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et