“Turanbank”da yeni təyinatlar olub | Banco.az

“Turanbank”da yeni təyinatlar olub

“Turanbank” ASC-də İdarə Heyəti (İH) sədrinin xarici iqtisadi əlaqələr üzrə müşaviri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə indiyə qədər bankın Biznesin İnkişafı Departamentinin direktoru olan Rəşad Tanrıverdiyev gətirilib.

Onun boş qalmış yerinə isə Ramin Xəlilov təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, “Turanbank”da Proseslərin İdarə olunması Departamenti yaradılıb və burada direktor müavini vəzifəsinə təyinat olub. Bu vəzifə Fikrət Səlimova həvalə edilib.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et