Turanbank ötən il ərzində zərərdən yaxa qurtara bilməyib | Banco.az

Turanbank ötən il ərzində zərərdən yaxa qurtara bilməyib

Turanbank 2017-ci ilin 4-cü rübünə olan maliyyə hesabatlarını dərc edib. Bu hesabatlardan, bankın yenə də, zərərdə olduğu məlum olub. Qeyd edək ki, ötən il üzrə digər rüblük hesabatlarından da anlaşıldığı kimi, Turanbank  2017-ci il ərzində zərərdən yaxa qurtara bilməyib.

(Müvafiq olaraq, 2017-ci ilin ilk rübündə 1,199 mln. manat zərər, ikinci rübdə 948 min manat zərər, üçüncü rübdə 379 min manat zərər)

Bankın 31 dekabr 2017-ci ilə olan "Mənfəət və zərər" hesabatına əsasən, faiz gəlirləri 29,479 mln. manat, faiz xərcləri 20,411 mln. manat olub. 8,645 mln. manat xalis qeyri-faiz xərcləri olan bankın xalis əməliyyat mənfəəti 422 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1,148 mln. manat ayıran Turanbank, ilin son rübünü 725 min manat zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın aktivləri də 2016-cı ilin eyni dövrü ilə müqayisədə 9,6% azalaraq 477,316 mln. manat olub. 

Sözügedən dövrdə, bankın öhdəlikləri 418,346 mln. manat, cəmi kapitalı isə 58,970 mln. manat təşkil edib. Müştərilərə verilmiş kreditləri 266,771 mln. manat, bankda yerləşdirilən müştəri depozitlərin həcmi 227,343 mlnş manat həcmində olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et