TuranBank iri həhcmdə kredit cəlb etdi | Banco.az

TuranBank iri həhcmdə kredit cəlb etdi

TuranBank mikromaliyyə portfelinin genişləndirilməsi üçün Microfinance Enhancement Facility-dən onun investisiya meneceri Cyrano Management vasitəsilə 5 milyon dollar həcmində vəsait cəlb etmişdir

Bank və Microfinance Enhancement Facility SA, SICAV-SIF arasında Bankın mikromaliyyə portfelini genişləndimək məqsədilə 3 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanmışdır.

Kredit sazişi ilə bağlı danışıqlar və analiz mikromaliyyə sahəsində ixtisaslaşmış Cyrano Management tərəfindən həyata keçirilmişdir. Cyrano mikro və kiçik sahibkarlığa bank xidmətlərində geniş təcrübəli peşəkar kollektivə malikdir.

Bankın strategiyasına müvafiq olaraq respublikanın əksər regional mərkəzlərində satış şəbəkəsinə malik olan TuranBank, əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun və ümumilikdə regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Onların içərisində uğurla həyata keçirilən fərdi biznes mikrokreditləri layihələri mühüm yer tutur. Bu istiqamətdə Bank, xarici maliyyə qurumları ilə sıx əməkdaşlıq edir. Belə ki, cari ildə

Bank, özünün mikromaliyyə portfelini genişləndimək məqsədilə Almaniyanın maliyyə qurumları olan Bank im Bistum Essen eG-dən 3 il müddətinə 3,5 mln. ABŞ dolları və IIV Mikrofinanzfonds-dan 4 il müddətinə 5 milyon ABŞ dolları həcmində kredit cəlb etmişdir. Beləliklə, Microfinance Enhancement Facility ilə bağlnan müqavilə də daxil olmaqla cari ilin yanvar-oktyabr aylarına Bankın mikromaliyyə portfelinin artırılması istiqamətində cəlb etdiyi maliyyə resurslarının ümumi məbləği 13,5 milyon ABŞ dolları təşkil etmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et