Tural Poladov vəzifəsindən getdi | Banco.az

Tural Poladov vəzifəsindən getdi

“Günay Sığorta” şirkətindən daha bir peşəkar kadr işindən uzaqlaşıb.

Şirkətin Satış Bloku rəhbərinin müavini vəzifəsini icra etmiş Tural Poladovla əlaqə saxlanılıb. T.Poladov bildirib ki, artıq “Günay Sığorta” şirkətindən ayrılıb: “Mən artıq “Günay Sığorta”da çalışmıram. Mənə yeni təkliflər edilir, hazırda həmin təklifləri qiymətləndirirəm. Təbii ki, təkliflər sırasında perspektivlik baxımından mənə daha uyğun olanları var. Həmin təklifləri dəyərləndirirəm. Yaxın günlərdə öz qərarımı verəcəm”.  

 
Xatırladaq ki, Tural Poladov əvvəllər şirkətin Satış kanallarının inkişafı və idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra vəzifəsi artırılaraq Satış bloku rəhbərinin müavini olub. Bakı Dövlət Universitetinin məzunu olan T.Poladov Azərbaycan sığorta bazarında peşəkar kadr kimi tanınır və maliyyə sektotunda 10 ilə yaxın təcrübəyə malikdir. 

Qeyd edək ki, son bir ay ərzində “Günay Sığorta” şirkətində ciddi kadr dəyişiklikləri baş verir.  
FED.az etibarlı mənbələrdən aldığı məlumata görə, artıq son bir ay ərzində 20-dən çox işçi “Günay Sığorta”nı tərk edib. Rəsmi təsdiqlənən məlumata görə, əvvəllər şirkətin İdarə Heyətinin sədri olmuş Həsən Bədəlov, Satış üzrə icraçı direktor, Satış Blokunun rəhbəri Əlihüseyn Qasımov, Biznesin inkişafı blokunun rəhbəri Vüqar İbrahimov və digər rəhbər işçilər şirkəti tərk edib.
FED.az yaxın saatlarda oxuculara şirkətdən uzaqlaşan əməkdaşların tam siyahısını təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et