Tramp: "İngiltərə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacağıq" | Banco.az

Tramp: "İngiltərə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacağıq"

ABŞ Prezidenti Donald Tramp "İngiltərə ayaq topuğundakı lövbərdən xilas olanda bu ölkə ilə çox böyük bir ticarət müqaviləsi bağlayacaqlarını" deyib.

Tramp, Fransanın Biarritz şəhərində G7 iclası çərçivəsində Böyük Britaniyanın Baş naziri Boris Conson ilə naharda görüşüb.

Görüşdən sonra mətbuata açıqlama verən Tramp, "İngiltərə ilə indiyə qədər olduğundan böyük, çox böyük bir ticarət müqaviləsi bağlayacağıq",- deyib. 

Müqavilə üçün Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxacağı zamana işarə edən Tramp, "Bir nöqtədə artıq qarşılarında maneə olmayacaq, ayaq topuğundakı lövbər olmayacaq, çünki hazırda bu (lövbər) var", -ifadələrini istifadə edib. 
 

"ABŞ-IN GÜZƏŞTƏ GETMƏSİ LAZIMDIR"

BBC-nin xəbərinə görə, Boris Conson da Tramp ilə görüş ərəfəsində açıqlamalar verib.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərə görə, İngiltərə üçün "Amerika bazarında böyük imkanlar" olduğunu qeyd edən Conson, "Bu imkanları istifadə etmək niyyətindəyik, ancaq amerikalı dostlarımızın güzəştə getməsi və mövqelərini açması lazımdır, çünki hazırda çox məhdudiyyət var",- deyib.

"Brexit"dən sonra ABŞ ilə bağlanacaq bir ticarət müqaviləsinin iki ölkə arasında ticarəti 5 dəfəyə qədər artıra biləcəyini deyən Conson, bunun necə baş verəcəyi ilə bağlı isə təfərrüat verməyib.

Theresa May-dan vəzifəni ötən ay təhvil alan Conson ilə Tramp son bir ayda həftədə ən az bir dəfə telefonda danışıb. Ancaq G7-dəki görüş Consonun baş nazir olaraq Trampla üz-üzə ilk görüşü idi.

Tramp, Consonun qatı "Brexit"çi mövqeyinə dəstəyini ictimaiyyət qarşısında tez-tez təkrarlayır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et