Müəllif:Mehin Qasımova/Banco.az
"Toyota" təhlükəsizlik yastıqlarında yarana biləcək problemlərə görə ABŞ-da 1 milyona yaxın avtomobili geri çağırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb .
Qeyd olunur ki, bu ön sərnişin oturacağındakı sərnişin aşkarlama sisteminin sensorunun nasazlığıdır və bu, qısaqapanmaya səbəb ola bilər. Nəticədə, toqquşma zamanı təhlükəsizlik yastıqları açılmayacaq və yaralanma riski yaranacaq. Şirkət bu problemlə bağlı hər hansı itki olub-olmaması ilə bağlı açıqlama verməyib. "Toyota" 2020-2022-ci illər arasında istehsal olunmuş bir neçə modeli, o cümlədən Camry sedanları, Corolla sedanları, RAV4 krossoverləri, eləcə də Lexus ES və RX avtomobillərini diaqnostika və təmir üçün zəruri hallarda geri çağırmaq niyyətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!