Texnologiyanın inkişafı ilə ortaya çıxan təəccüblü xəstəliklər | Banco.az

Texnologiyanın inkişafı ilə ortaya çıxan təəccüblü xəstəliklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnoloji inqilabın insan sağlamlığına heyrətləndirici təsirlərini göstərən maraqlı xəstəliklərlə tanış olaq.

Banco.az xəbər verir ki, bu gün texnologiyanın həyatımızda rolu sürətlə artır. İnternet, smartfonlar, sosial media və digər rəqəmsal vasitələr gündəlik işlərimizi və ünsiyyət vərdişlərimizi kökündən dəyişir. Ancaq bu texnoloji inqilabın insan sağlamlığına bəzi təəccüblü təsirləri olduğunu bilirdinizmi? 

Texnologiya ilə yaranan maraqlı xəstəliklər, tiklər və asılılıqlar bizdən həyatımıza başqa prizmadan baxmağı tələb edir.

Nomofobiya

Mobil telefonsuz qalmaqla bağlı yaranan naratlığa verilən addır. "No mobile phone phobia" termininin qısaltması olan bu xəstəlik "mobil telefonun olmaması qorxusu" deməkdir.

Texnostres

Texnostres müasir texnologiyanın istifadəsi ilə bağlı yaranan stress vəziyyətini ifadə edən termindir. İnsanların texnoloji cihazlarla daimi qarşılıqlı əlaqəsi, sürətli məlumat axını, müntəzəm əlaqədə qalma ehtiyacı və iş-həyat balansının pozulması kimi faktorlar texnostresə səbəb ola bilər.

Kiberxondriya

Kiberxondriya internet vasitəsilə sağlamlıqla bağlı məlumatlar əldə etməyə həddindən artıq can atmaq və bu məlumatlardan istifadə edərək daim xəstəlik əlamətləri tapmaq meylidir.

Ən sərfəli kredit üçün müraciət et

Fotolurkinq

"Fotolurking" termini sosial media platformalarında digər istifadəçilərin fotoşəkillərini və ya yazılarını izləmək aktına aiddir. “Photo” (foto) və “lurking” (izləyən) sözlərinin birləşməsindən yaranan bu termin xüsusilə Instagram kimi fotoşəkil yönümlü platformalarda geniş istifadə olunur.

FOMO

FOMO "Fear of missing Out" ifadəsinin qısaltmasıdır və “Nəzərindən yayınma qorxusu” mənasını ifadə edir. FOMO xəstəliyi xüsusilə sosial media çağında adi hala çevrilmiş psixoloji vəziyyətə aiddir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et