Texnologiya şirkətlərinin 10 ən bahalı sərmayəsi | Banco.az

Texnologiya şirkətlərinin 10 ən bahalı sərmayəsi

Nəhəng texnologiya şirkətləri çox vaxt rəqib şirkətləri satın almaq istəyir. Satınalmalar bəzən yeni imkanlar əldə etmək üçün bir vasitə, bəzən isə müxtəlif patent və ya texnologiyalara çatmaq üçün bir cığır olur. Ən əsası isə nəhəng şirkətlər rəqib şirkətləri ələ keçirərək monopoliya əldə etməyə çalışır. Məsələn “Facebook”un “WhatsApp”ı 19 milyard dollara alması kimi…

Əksəriyyətimiz üçün yüksək görünən belə məbləğlər hər il böyük şirkətlər tərəfindən kiçik şirkətlərə ödənilir. Brendlər: investisiya etmək, rəqabəti ələ keçirmək, potensial risklərin qarşısını almaq və digər bu kimi səbəblərdən dolayı yeni-yeni sərmayələr yatırırlar.

 

Sizə son illərin ən bahalı 10 satınalmasını təqdim edirik.

 

1. “Facebook”un “WhatsApp”ı alması (19 milyard dollar)

450 milyondan çox istifadəçisi olan “WhatsApp” “Facebook”dan sonra sürətlə populyarlığını artırmağa başladı.

 

2. “Google”un “Motorola”nı alması (12.5 milyard dollar)

“Motorola”nı 12.5 milyarda alan “Google”ın yeganə məqsədi mobil dünya üçün vacib rol oynayan qiymətli patentləri “Apple”dan uzaqlaşdırmaq idi. “Motorola”dan sonra “Nortel”i də almaq istəyən “Google” məqsədinə çatmayaraq 6 min patent itirdi. Tək “Motorola”nın patentləri işə yaramadı və “Apple”ın güclənməsi də “Google”ın sərmayəsini itirməyinə gətirib çıxardı. Daha sonra “Motorola” 2.35 dollara (təxminən 10 milyard dollar zərərlə) Çinin texnologiya nəhəngi olan “Lenovo”ya satıldı.

 

3. “HP”nin “Autonomy”ni alması (10.3 milyard dollar)

2011-ci ildə 10.3 milyard dollara alınan “Autonomy” təxminən 5 milyard dollar artıq ödənilərək proqram və xidmət təchizatçısı olan “HP” tərəfindən alınıb. “Autonomy”dən gözlənilən hədəf təəssüf ki, öz nəticəsini vermədi.

 

4. “Microsoft”un “Skype”ı alması (8.5 milyard dollar)

2011-ci ilin sonunda “Microsoft” şirkəti 8.5 milyard dollarla “Skype”ı öz proqram təminatlı ailəsinə daxil etdi. 2012-ci ildə populyarlıq əldə edən “Skype” təkcə 1 il ərzində “Microsoft”a 800 milyon dollar  xeyir verdi.

Ən sərfəli kredit üçün müraciət et

 

5. “Oracle”ın “Sun Microsystems”i alması (7.4 milyard dollar)

“Oracle” “Sun Microsystems”i alaraq eyni zamanda “Java”, “Solaris” əməliyyat sistemlərini və “MySQL”i də ələ keçirmiş oldu. “Oracle”ın “Sun Microsystems”i almaq istəməsinin əsas məqsədi “İBM”i “Java”dan uzaq tutmaqdır.

 

6. “Microsoft”un “Nokia”nı alması (7.2 milyard dollar)

Bir zamanlar dünyanın 1 nömrəli mobil istehsalçısı olan “Nokia” 2013-cü ilin ortalarında “Microsoft” tərəfindən alındı. “Microsoft” bununla birlikdə “Nokia”nın bütün patent portfelinə, xəritə xidmətinə, təxminən 32 min işçiyə və “Lumia”  ilə “Asha” kimi markalara da sahib oldu.

 

7. “Google”ın “Nest Labs”ı alması (3.2 milyard dollar) 

Chromecast, Chromebook, Android OS, Google Nexus və Google Glass-dan sonra “Google” 3.2 milyardla ağıllı ev texnologiyaları olan “Nest Labs”ı aldı.

 

8. “Dell”in “Quest Software”i alması (2.4 milyard dollar)  

“Quest Software” Windows Server idarə olunması üçün müəssisə proqramı, verilənlər bazası idarə olunması, məlumatların qorunması və proqram təminatında qabaqcıl xidmətlər təklif edən bir şirkətdir. “Quest Software”i  alaraq “Dell” bazar gücünü gücləndirməyi hədəfləyir.

 

9. “Yahoo”nun “Tumblr”ı alması (1.1 milyard dollar) 

“Yahoo” “Tumblr”i alaraq 173 min blog və 78 milyard məzmunun sahibi oldu. 

 

10. “Facebook”un “Instagram”ı alması (1 milyard dollar)

2012-ci ildə 1 milyard dollara “Facebook” tərəfindən alınan “İnstagram” gəlirini 23% artıraraq, “Facebook” sosial şəbəkəsini geridə qoymağı bacardı.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et