Texnologiya dünyasındakı qabaqcıl iş adamlarının övladları | Banco.az

Texnologiya dünyasındakı qabaqcıl iş adamlarının övladları

Bill Qeyts, Ceff Bezos, Larri  Elisson ya da Sergey Brin. Onlar, qurduqları texnologiya şirkətləri ilə dünyanın ən zəngin adamlarının sırasındadır. Bu insanların övladları isə milyon dollarlıq sərvəti təmsil edirlər.

Valideynlərinin izi ilə gedərək onlar qədər bacarıqlı olan bu uşaqlarla gəlin yaxından tanış olaq.

  Bill Qeytsin övladları

Bill və Melindanın üç övladı var: Cennifer, Rory ve Phoebe . Bill  Qeyts və onun həyat yoldaşı 86 milyard dollarlıq sərvətini xeyriyyə işlərinə və uşaqlarına etibarlı gələcək üçün xərcləyirlər. 

 

Qeytsin ən böyük qız övladı  olan  Cennifer ABŞ-ın Stanford universitetində oxuyur, eyni zamanda ölkənin atçılıq komandasının əsas oyunçularından biri hesab olunur. Texnologiya ilə zəngin bir dövrdə böyüməsinə baxmayaraq, texnologiyaya o qədər də maraq salmayıb.

Yayılan xəbərlərə görə, Ceniffer, 21 yaşındakı Misirli velosipedçi Nayel Nassarla  sevgilidir. Nassar, Stanford universitetində əvvəllər iqtisadiyyat və idarəetmə oxuyub.

Qeystin ən balaca övladı Phoebe adlı qızıdır. On beş yaşında olan bu qız, Sietlda 33 min dollarlıq  özəl məktəb olan Lakeside liseyində şagirddir.

Qeytsin tək oğlu olan Rory,  bu il 18 yaşına daxil olaraq, Lakeside liseyindən məzun oldu.

Larri Elissonun övladları

 

Oracle’ın qurucularından biri olan Elissonun üçüncü həyat yoldaşı Barbara Boothe’dan iki övladı var. Anaları tərəfindən böyüdülən bu uşaqlar, hazırda 53 milyard dollar dəyərində sərvətə sahibdirlər.

 

Elisson, medya şirkəti olan,  milyard dollarlıq “Annapurna Pictures” şirkətini 25-ci yaş gününüdə qızı Megana hədiyyə etdi. İndi 31 yaşında olan Megan, Hollywood’un ən qabaqcıl müstəqil film prodüserlərindən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Elissonun oğlu, Meganın qardaşı  34 yaşında olan David isə, içərisində “Terminator Genisys, G.I. Joe: Retaliation, World War Z, Mission: Impossible: Rogue Nation, and Star Trek Beyond” kimi müxtəlif  filmlərin yaradıcısı olan  Skydance Media” şirkətinin qurucusudur.  

Ceff Bezos və övladları

Amazonun yaradıcısı Ceff Bezosun dörd övladı,  üç oğlu və Çindən övladlıq götürdükləri bir qızı var. 

 

Təhsil barəsində xususi diqqətli olan bu cütlük eyni zamanda,  məktəb tətili zamanı sayahətlər, mətbəxdə bilinməsi lazım olan məsələlər, riyaziyyat dərsləri və digər mövzular üzrə də övladlarına xususi diqqətlə yanaşırlar.

Sergey Brin və övladları

Təqribən 40 milyard sərvətə malik Sergey Brinin köhnə həyat yoldaş,  23andMe şirkətinin qurucusu olan Anne Wojcickidən iki övladı var. 

 

Deyilənə görə, Wojcicki New York Times’a verdiyi müsahibəyədə övladlarını son dövrlərdə varlı bir mühitdə böyütmək istəmədiyini bildirib. Hətta onların çirkli paltarlarını özləri yuması, yemək bişirməyi öyrənmələri üçün düzgün tərbiyə verməyə çalışdığını söyləyir.

Xəzər Aslanov 

     

Ən sərfəli krediti almaq üçün müraciət et