“Texnikabank"ın ləğvedicisi kreditorlara müraciət edib | Banco.az

“Texnikabank"ın ləğvedicisi kreditorlara müraciət edib

1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank" ASC müflis elan edilib və iflas prosesinə başlanılıb. “M. M. M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib.

MMC-dən “APA-Economics”ə verilən məlumata görə, adıçəkilən banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. “Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir”, - deyə məlumatda bildirilir.
 
Kreditorlara bildirilir ki, öz tələblərini qeydiyyata alınması üçün 15 aprel 2015-cı il tarixinədək ləğvediciyə təqdim edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et