Tesladan istefa edib Amerikada içki sahəsində maraqlı yenilik etdi | Banco.az

Tesladan istefa edib Amerikada içki sahəsində maraqlı yenilik etdi

Qida biznesi dünyada ən çox populyarlıq qazanan biznes sferalarından biridir. Bir çox hallarda belə biznes növlərində spirtli içkilər və energetik içkilər daha çoxluq təşkil edir. Lakin Cənubi Koreyada spirtli içkilərlə bərabər sərxoşluq əlayhinə içkilər də olduqca populyardır. Bunun önəmini nəzərə alan Susin Li belə bir içkini Amerika bazarına çıxarmağa qərara alıb. Həmin vaxt Teslada yüksək vəzifədə çalışan proqramist bunun üçün hətta xüsusi araşdırma aparmış və sonda Morning Recovery adlı içki təqdim etmişdi. Bu haqda daha sonra məlumat verən Li içkini 2016-cı ildə vətəni Cənubi Koreyaya səfəri zamanı kəşf etdiyini bildirmişdi. Bildiyiniz kimi Koreya dünyada insanların işləməkdən (2012-ci il araşdırmasına görə həftədə ortalama 44-45 saat) öldüyü ölkələr siyahısına liderlik edir. Bir çox koreyalılar isə işdən sonra istirahət etmək məqsədilə içki içməyə üstünlük verirlər. Belə olan halda sabah yenidən normal şəkildə oyanmaq üçün sərxoşluq əleyhinə içkilərdən istifadə edirlər.

Amerika bu bazar üçün olduqca əlverişli idi. Beləki, Koreya bazarında spirtli içkidən illik 9 milyard dollar əldə edilirdisə, sərxoşluq əleyhinə içkidən gələn gəlir təqribən 200 milyard dollar təşkil edirdi. Bu rəqəm Amerikada Koreya bazarı ilə müqayisədə 24 dəfə çox idi. Buna baxmayaraq, Amerika bazarında sərxoşluq əleyhinə içki satışı olmadığı üçün ölkə büdcəsi illik təqribən 170 milyard dollar pul itkisi yaşayırdı. –deyə Li bildirib.

İşin önəmini anlayan Li tez bir zamanda araşdırmalara start verir və qısa zamanda Cənubi Koliforniyadakı professor və bu sahə üzrə peşəkar şəxslərlə tanış olur. Tərkibində  bir sıra bitki ekstraktları və o cümlədən flavonoid (konfet ağacından alınır) olan içki sərxoşluğu aradan qaldırmaqla bərabər “qaraciyər üçün də faydalı idi” deyə Li bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Layihəni Indigogo-da nümayiş etdirən Li qısa zamanda çoxlu sayda təklif alır. Li işi tam olaraq ələ almaq üçün hətta Tesladakı işinə də son qoyur. Bundan sonra dostlarından biri yeni məhsul haqda Product Hunt (Bu sayt yeni məhsul axtaran və məhsulunu nümayişə çıxaran şəxslər üçün platformadır.) investisiya fondunun saytında məqalə yazır və qısa zamanda o qədər çox istək olur ki, “gözləyənlər siyahısı” tərtib olunur.

Məhsula tələb olsa da Linin Amerikada işləməsi qanunla qadağan idi. Çünki o, artıq Teslanın işçi heyətində yer almırdı və bu da onu işləmə hüququndan məhrum edirdi. E2 vizasını almaq üçün Li 50 səhifəlik biznes-plan yazır və orda Morning Recovery və bu məhsul üçün yaratdığı 82Labs startapı haqda məlumat verir. Startapın adında yer alan 82 rəqəmi Seulun poçt kodunu ifadə edir və mənası “şənlik” deməkdir. Tez bir zamanda 2 investor tapan Li öz istəyinə nail ola bilir. Beləliklə, ilk yarım ildə 1 milyon dollar qazanan Li, sonrakı yarım ildə bu rəqəmi 3 milyona qədər qaldıra bilir.

İçkinin Facebook səhifəsində bəzi istifadəçilər içki haqda mənfi rəylər bildirsələr də hal-hazırda Amazonda reytinq etibarilə 4.1 olaraq dəyərləndirilir və alıcıların 71%-i məhsula 5 ulduz veriblər.

Necə deyərlər dərd varsa, dərmanı da tapılar.

Nəcibə Yusifova Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et