Tesla offline mağazalarını bağlamağa hazırlaşır | Banco.az

Tesla offline mağazalarını bağlamağa hazırlaşır

Tesla yaxın müddət ərzində Model 3 elektromobilinin qiymətini 6% endirərək, 35 min dollara çatdırıb. İlon Mask 2017-ci ildə ilk dəfə Model 3 təqdim etdikdə qiymət kütlə üçün münasib olmasını istəmişdir.  Şirkət, Model 3 elekromobilinin ilkin qiymətinin 49 min dollar olacağını elan etməsinə baxmayaraq sonra bu rəqəmi 42 min 900 dollara qədər endirmişdir.

Şirkət nümayəndəliyi məhz istədiyi nəticə və gəliri əldə etmək məqsədi ilə Tesla parakəndə satış mağazalarını bağlamağa qərarlaşdırıb. Keçən ilin sonunda şirkətin 378 mağazası və servis mərkəzi fəaliyyət göstərib. Yüksək trafikli hissələrdə yerləşən 130 mağazanın fəaliyyətinin informativ və servis mərkəzləri kimi davam edəcəyi bildirilir. Şirkət rəhbərliyi Tesla-nın alınma prosesini online rejimdə 1 dəqiqə müddətində mümkün olacağını qeyd edir.

Həmçinin oxu: Volvonun yeni modeli niyə Tesla qatili hesab edilir?

Online rejimə keçdikdən sonra Tesla şirkəti alıcılara əlavə test drive olmadan; 7 gün ərzində, 1600 km qət etdikdən sonra tam kompensasiya ilə təhvil vermək imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

Mask, işçilərinə ünvanladığı məktubda; satış və marketinq məsələləri ilə bağlı işlərə sərf edilən xərclərin xeyli dərəcədə azaldacağı barədə məlumat verib. Eyni zamanda şirkət rəhbəri, tezliklə növbəti kadr ixtisarlarının olacağını da qeyd edib.

İlon Mask, offline satış məntəqələrinin bağlanmasının gecikmələri 5-6%  azaldacağını qeyd edib. 2019-cu ilin birinci rübündə Tesla şirkətinin mənfəət əldə etməsi mümkün olmayacaq. Mask, bu məsələ ilə bağlı bildirib ki; eyni anda böyük həcmli ödəniş və elektromobillərin Çin və Avropaya çatdırılması əlaqədar şirkət rübü zərər ilə bitirəcək. Biznesmen jurnalistlərə Tesla şirkətinin ikinci rüb ərzində daha çox gəlir əldə edə biləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Tesla şirkətinin səhmlərinin satışdan sonra 3,3 %, 309,4 dollara qədər azalıb.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Tesla объявила о закрытии своих магазинов