Terminçilər bu yazı sizin üçün ! A hərfi ilə başlayan bilmədiyimiz 10 yeni termin | Banco.az

Terminçilər bu yazı sizin üçün ! A hərfi ilə başlayan bilmədiyimiz 10 yeni termin

Termin rubrikamız davam edir! A hərfi ilə başlayan bu dəfə 10 yeni və maraqlı termini sizlərə təqdim edirik!

1) Astrent 

a) Borc öhdəliyinin icrasının gecikdirilməsi, yaxud ondan qismən və ya tam imtina edilməsi zamanı borc verən subyektin qarşı tərəfə bildirdiyi rəsmi narazılıq.

b) Borc öhdəliyinin icrasının gecikdirilməsi, yaxud ondan qismən və ya tam imtina edilməsi zamanı borc verən subyektin qarşı tərəfə tətbiq etdiyi cərimə məbləği. 

2) Artikul – malın tipini, onun rəqəmlərdən və hərflərdən ibarət işarəsini ifadə edən ticarət termini. 

3) Aportsəhmdar cəmiyyətə təsisçilər tərəfindən səhmlərin dəyərinin ödənişi əvəzində təqdim edilən əmlak. 

4) Assimilyasiya – Birjada investorlar tərəfindən əvvəlki qiymətli kağızlar satılıb qurtardıqdan sonra yenilərinin alınması.

Ən sərfəli kredit üçün müraciət et

5) Avuar – Xarici banka saxlanılmaq üçün qoyulmuş qiymətli kağız və qızıl, bir sözlə, hər hansı bir ölkə bankının xarici banklarda valyutası. 

6) “Ayılar” – malların, qiymətli kağızların, valyuta məzənnələrinin qiymətlərinin endirilməsinə oynayan birja oyuncaqları.

7) “Ayılara təzyiq” – mərkəzi bank tərəfindən, təminatsız olaraq qiymətlərin aşağı düşməsinə çalışan valyuta bazarı möhtəkirlərinə təsir məqsədi ilə həyata keçirilən tədbirlər.

8) Autsayder – Birjada hərdən iştirak edən şəxs, yaxud qeyri-peşəkar birja möhtəkiri.

9) Aval – veksel zaminlik kağızı, bank təlimatı. Burada avalist veksel sahibi qarşısında vekseldən irəli gələn bütün öhdəlikləri öz üzərinə götürür

10) Avropa Opsionu – yalnız qüvvədə olduğu müddətin son günü satıla bilən opsiondur. 

Ən sərfəli krediti almaq üçün müraciət et